https://sputnik.az/20231007/pentaqon-asiya-sakit-okean-regionunda-suni-intellektin-inkisafini-suretlendirib-459354834.html
Pentaqon Asiya-Sakit Okean regionunda süni intellektin inkişafını sürətləndirib
Pentaqon Asiya-Sakit Okean regionunda süni intellektin inkişafını sürətləndirib
Sputnik Azərbaycan
Proqram müxtəlif əməliyyat səviyyələrində komanda heyəti arasında əlaqəni yaxşılaşdıracaq, həmçinin ABŞ qoşunlarının qərargahına daxil olan məlumatların... 07.10.2023, Sputnik Azərbaycan
2023-10-07T08:05+0400
2023-10-07T08:05+0400
2023-10-07T09:41+0400
pentaqon
elm
süni intellekt
asiya
sakit okean
abş
https://cdnn1.img.sputnik.az/img/41560/92/415609233_0:49:3678:2118_1920x0_80_0_0_b2d3e395e34589f7d7640c81a5d5396c.jpg
BAKI, 7 oktyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi Asiya-Sakit Okean regionunda komandanlığın effektivliyini artırmaq üçün xüsusi süni intellekt (AI) alətlərinin inkişafını sürətləndirib. Bu barədə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks "Bloomberg"ə müsahibəsində bildirib. Hiks təsdiqləyib ki, Pentaqon ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Con Akvilinoya dəstək verir və süni intellektə əsaslanan əməliyyat komandanlığı sisteminin yaradılması üzrə işi sürətləndirib. Qeyd edilib ki, proqram müxtəlif əməliyyat səviyyələrində komanda heyəti arasında əlaqəni yaxşılaşdıracaq, həmçinin ABŞ qoşunlarının qərargahına daxil olan məlumatların təhlili prosesini sürətləndirəcək. "Hazırda nazirlik"AI" sistemlərinin inkişafını prioritet məsələyə çevirib" və 800-ə yaxın belə proqramı inkişaf etdirməyə davam edir", - Hiks deyib. Nazir müavini həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə təcrübəsi real vaxt rejimində operativ məlumat mübadiləsinin vacibliyini nümayiş etdirib. O vurğulayıb ki, dəqiq məlumat əsasında cəld hərəkət etmək bacarığı orduya əhəmiyyətli üstünlük verir. Hiksin sözlərinə görə, gələcəkdə süni intellekt eyni anda minlərlə müxtəlif müşahidə nöqtəsini və məlumat mənbəyini izləməyə imkan verəcək. Fevral ayında Birləşmiş Ştatlar süni intellekt və avtonom sistemlərdən "məsul hərbi istifadəyə dair" siyasi bəyannamə qəbul edib. ABŞ Dövlət Departamenti o zaman açıqlayıb ki, bu sənəd Vaşinqtona heç bir hüquqi öhdəlik qoymayan bir sıra prinsiplərdən ibarətdir. ABŞ administrasiyasının fikrincə, bəyannamə silahlı qüvvələrin öz əməliyyatlarında süni intellekt və avtonom sistemlərdən necə məsuliyyətlə istifadə etməsinə dair "beynəlxalq konsensus" yaratmağa kömək etməlidir.
asiya
sakit okean
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41560/92/415609233_395:0:3283:2166_1920x0_80_0_0_80d3bd1bfa113de942b4c25b18771cb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pentaqon, süni intellekt, asiya, sakit okean, abş
pentaqon, süni intellekt, asiya, sakit okean, abş
Pentaqon Asiya-Sakit Okean regionunda süni intellektin inkişafını sürətləndirib
08:05 07.10.2023 (Yenilənib: 09:41 07.10.2023) Proqram müxtəlif əməliyyat səviyyələrində komanda heyəti arasında əlaqəni yaxşılaşdıracaq, həmçinin ABŞ qoşunlarının qərargahına daxil olan məlumatların təhlili prosesini sürətləndirəcək.
BAKI, 7 oktyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi Asiya-Sakit Okean regionunda komandanlığın effektivliyini artırmaq üçün xüsusi süni intellekt (AI) alətlərinin inkişafını sürətləndirib. Bu barədə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks "Bloomberg"ə müsahibəsində bildirib.
Hiks təsdiqləyib ki, Pentaqon ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Con Akvilinoya dəstək verir və süni intellektə əsaslanan əməliyyat komandanlığı sisteminin yaradılması üzrə işi sürətləndirib.
Qeyd edilib ki, proqram müxtəlif əməliyyat səviyyələrində komanda heyəti arasında əlaqəni yaxşılaşdıracaq, həmçinin ABŞ qoşunlarının qərargahına daxil olan məlumatların təhlili prosesini sürətləndirəcək.
"Hazırda nazirlik"AI" sistemlərinin inkişafını prioritet məsələyə çevirib" və 800-ə yaxın belə proqramı inkişaf etdirməyə davam edir", - Hiks deyib.
Nazir müavini həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə təcrübəsi real vaxt rejimində operativ məlumat mübadiləsinin vacibliyini nümayiş etdirib. O vurğulayıb ki, dəqiq məlumat əsasında cəld hərəkət etmək bacarığı orduya əhəmiyyətli üstünlük verir. Hiksin sözlərinə görə, gələcəkdə süni intellekt eyni anda minlərlə müxtəlif müşahidə nöqtəsini və məlumat mənbəyini izləməyə imkan verəcək.
Fevral ayında Birləşmiş Ştatlar süni intellekt və avtonom sistemlərdən "məsul hərbi istifadəyə dair" siyasi bəyannamə qəbul edib. ABŞ Dövlət Departamenti o zaman açıqlayıb ki, bu sənəd Vaşinqtona heç bir hüquqi öhdəlik qoymayan bir sıra prinsiplərdən ibarətdir. ABŞ administrasiyasının fikrincə, bəyannamə silahlı qüvvələrin öz əməliyyatlarında süni intellekt və avtonom sistemlərdən necə məsuliyyətlə istifadə etməsinə dair "beynəlxalq konsensus" yaratmağa kömək etməlidir.