DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban: “Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir”

© AP Photo / Darko Vojinovic Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Viktor Orban qeyd edib ki, Cənub qaz dəhlizi Macarıstan üçün həlledici əhəmiyyət kəsb edir.
BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir.
“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Baş nazir qeyd edib ki, Azərbaycan olmadan Rusiyadan enerji müstəqilliyinə nail olmaq mümkün deyil.
“Macarıstan artıq qaz tədarükü ilə bağlı Bakı ilə müqavilə imzalayıb”, - Orban vurğulayıb.
Viktor Orban qeyd edib ki, Cənub enerji dəhlizi (Cənub qaz dəhlizi-red) Macarıstan üçün həlledici əhəmiyyət kəsb edir və onun təhlükəsizliyinin təmin edilməsi prioritetdir.
Xəbər lenti
0