Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni ilə əlaqə saxlayıb

© Photo : Social media page of Samira EfendiSamirə Əfəndi
Samirə Əfəndi - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Müğənni Samirə Əfəndi sığınacaqda olması ilə bağlı paylaşım edib.
BAKI, 7 oktyabr - Sputnik. “İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.
Onun sözlərinə görə, Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları müğənni və yanındakı şəxslərin ölkəyə qayıtmasına çalışırlar: “Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”.
Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərinə gedən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə mövcud vəziyyətə görə çətin vəziyyətdə qalıb.
***
Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır.
Onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır.
Xatırladaq ki, dünən İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi bu gün səhər saatlarında HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilib.
Müğənni Samirə Əfəndi də sığınacaqda olması ilə bağlı paylaşım edib.
***
Müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.
Ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.
Bu barədə Samirə sosial şəbəkədə paylaşımlar edib.
Xəbər lenti
0