Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

© Sputnik / Alexander Demianchuk / POOL / Mediabanka keçidİlham Əliyev və Vladimir Putin, arxiv şəkli
İlham Əliyev və Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın perspektivləri və yeni təmaslar ilə bağlı məsələləri müzakirə ediblər.
Xəbər lenti
0