https://sputnik.az/20231006/vaqif-xacatryanin-mehkemesinin-vaxti-bilinib-459340754.html
Vaqif Xaçatryanın məhkəməsinin vaxtı bilinib
Vaqif Xaçatryanın məhkəməsinin vaxtı bilinib
Sputnik Azərbaycan
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında araşdırılacaq. 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T15:07+0400
2023-10-06T15:07+0400
2023-10-06T15:08+0400
vaqif xaçaturyan
cəmiyyət
məhkəmə
cinayət məcəlləsi
laçın sərhəd-buraxılış məntəqəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288170_0:0:800:450_1920x0_80_0_0_3546c0bb037e57355113ed2255cf6f3d.jpg
BAKI, 6 oktyabr — Sputnik. Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı bilinib. Sputnik Azərbaycan xəbər verir ki, məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib. Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında araşdırılacaq. İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, sentyabr ayının 28-də Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçatryan Vaqif Çerkezoviç saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288170_104:0:704:450_1920x0_80_0_0_ada3dafb7379b62738c811ef7a0d5574.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaqif xaçaturyan, məhkəmə, cinayət məcəlləsi, laçın sərhəd-buraxılış məntəqəsi
vaqif xaçaturyan, məhkəmə, cinayət məcəlləsi, laçın sərhəd-buraxılış məntəqəsi
Vaqif Xaçatryanın məhkəməsinin vaxtı bilinib
15:07 06.10.2023 (Yenilənib: 15:08 06.10.2023) Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında araşdırılacaq.
BAKI, 6 oktyabr — Sputnik. Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı bilinib.
Sputnik Azərbaycan xəbər verir ki, məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında araşdırılacaq.
İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, sentyabr ayının 28-də Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçatryan Vaqif Çerkezoviç saxlanılıb.