https://sputnik.az/20231006/turkiye-qerbin-ittihamlarini-esassiz-adlandirir-459354378.html
Türkiyə Qərbin ittihamlarını əsassız adlandırır
Türkiyə Qərbin ittihamlarını əsassız adlandırır
Sputnik Azərbaycan
Türkiyəli nazir bildirib ki, bir çox Avropa şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiyaya öz mallarını tədarük etmək istəyirlər. 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T23:32+0400
2023-10-06T23:32+0400
2023-10-06T23:33+0400
türkiyə
dünya xəbərləri
ömər bolat
sanksiya
qərb
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458210068_0:164:3059:1885_1920x0_80_0_0_5b9ce74f115f57ea0da47a9a6e98ef60.jpg
BAKI, 6 oktyabr — Sputnik. Sanksiya tətbiq edilən malların Türkiyə vasitəsilə Rusiyaya daxil olması ilə bağlı Qərb ölkələrinin ittihamları əsassızdır; Avropa şirkətləri özləri Rusiya bazarına üçüncü ölkələr vasitəsilə daxil olmağın yollarını axtarırlar. Bunu Türkiyənin ticarət naziri Ömər Bolat bazar ertəsi RİA Novosti-yə bildirib. "Türkiyə Türkiyədə istehsal etdiyi malları keçmişdə olduğu kimi Rusiya ilə heç bir çətinlik çəkmədən ticarət edir. Aİ və ABŞ-da istehsal olunan mallara gəlincə, Türkiyə ərazisindən Rusiyaya daxil ola bilməzlər. Türkiyəyə qarşı ittihamlara gəlincə, bu ittihamlar əsassızdır", - deyə nazir qeyd edib O vurğulayıb ki, münaqişə başlayandan bəri Türkiyə yalnız BMT-nin tətbiq etdiyi sanksiyalara əməl edib. Eyni zamanda, Bolat qeyd edib ki, bir çox Avropa şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiyaya öz mallarını tədarük etmək istəyirlər. "Onlar öz şirkətlərinə diqqət yetirməlidirlər", - deyə türkiyəli nazir tövsiyə edib. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458210068_164:0:2895:2048_1920x0_80_0_0_49259003d84bbb37148a9eac7a927ed6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, ömər bolat, sanksiya, qərb, rusiya
türkiyə, ömər bolat, sanksiya, qərb, rusiya
Türkiyə Qərbin ittihamlarını əsassız adlandırır
23:32 06.10.2023 (Yenilənib: 23:33 06.10.2023) Türkiyəli nazir bildirib ki, bir çox Avropa şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiyaya öz mallarını tədarük etmək istəyirlər.
BAKI, 6 oktyabr — Sputnik. Sanksiya tətbiq edilən malların Türkiyə vasitəsilə Rusiyaya daxil olması ilə bağlı Qərb ölkələrinin ittihamları əsassızdır; Avropa şirkətləri özləri Rusiya bazarına üçüncü ölkələr vasitəsilə daxil olmağın yollarını axtarırlar. Bunu Türkiyənin ticarət naziri Ömər Bolat bazar ertəsi RİA Novosti-yə bildirib.
"Türkiyə Türkiyədə istehsal etdiyi malları keçmişdə olduğu kimi Rusiya ilə heç bir çətinlik çəkmədən ticarət edir. Aİ və ABŞ-da istehsal olunan mallara gəlincə, Türkiyə ərazisindən Rusiyaya daxil ola bilməzlər. Türkiyəyə qarşı ittihamlara gəlincə, bu ittihamlar əsassızdır", - deyə nazir qeyd edib
O vurğulayıb ki, münaqişə başlayandan bəri Türkiyə yalnız BMT-nin tətbiq etdiyi sanksiyalara əməl edib.
Eyni zamanda, Bolat qeyd edib ki, bir çox Avropa şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiyaya öz mallarını tədarük etmək istəyirlər.
"Onlar öz şirkətlərinə diqqət yetirməlidirlər", - deyə türkiyəli nazir tövsiyə edib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.