https://sputnik.az/20231006/spiker-hec-kesin-tezyiqi-ve-her-hansi-sened-olkemizi-yolundan-dondere-bilmez-459336853.html
Spiker: Heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz
Spiker: Heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz
Sputnik Azərbaycan
Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və... 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T13:44+0400
2023-10-06T13:44+0400
2023-10-06T14:25+0400
sahibə qafarova
azərbaycan xəbərləri
qətnamə
avropa parlamenti
https://cdnn1.img.sputnik.az/img/07e4/09/17/425004440_0:0:1280:721_1920x0_80_0_0_86c0ca3606202e26d6fbe66a4acd0315.jpg
BAKI, 6 oktyabr - Sputnik. "Avropa Parlamentində qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsinə münasibət bildirərkən deyib. Sədr bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir: “Sözügedən sənəd, əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanıb, bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub. Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq, ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsin ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər rahat nəfəs alacaq”. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Avropa Parlamenti Azərbaycanın Qələbəsi ilə barışa bilmədiyini dəfələrlə nümayiş etdirib. Azərbaycana qarşı etnik təmizləmə ilə bağlı qətnamənin qəbul edilməsi də bunlardan biridir. Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz. "Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi riyakarlığın ən bariz nümunəsidir"-, deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/17/425004440_143:0:1280:853_1920x0_80_0_0_ed1bd60301ed08148e9bff7a1a377878.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, qətnamə, avropa parlamenti
sahibə qafarova, qətnamə, avropa parlamenti
Spiker: Heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz
13:44 06.10.2023 (Yenilənib: 14:25 06.10.2023) Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz.
BAKI, 6 oktyabr - Sputnik. "Avropa Parlamentində qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsinə münasibət bildirərkən deyib.
Sədr bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir: “Sözügedən sənəd, əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanıb, bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub. Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq, ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsin ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər rahat nəfəs alacaq”.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Avropa Parlamenti Azərbaycanın Qələbəsi ilə barışa bilmədiyini dəfələrlə nümayiş etdirib. Azərbaycana qarşı etnik təmizləmə ilə bağlı qətnamənin qəbul edilməsi də bunlardan biridir.
Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz.
"Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi riyakarlığın ən bariz nümunəsidir"-, deyə o əlavə edib.