DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Ukraynanın məğlubiyyətini yaxınlaşdırır

© AFP 2023 / TOBIAS SCHWARZOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
Şolts bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinə "Taurus" uzaqmənzilli qanadlı raketlərin tədarükü məsələsi nəzərdən keçirilmir.
BAKI, 6 oktyabr — Sputnik. Almaniya kansleri Olaf Şolts ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməklə Ukraynanın məğlubiyyətini sürətləndirir.
Bu sözləri alman jurnalist Julian Repke X* (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
"Almaniya kansleri Ukraynanı hücum qabiliyyəti olmayan yalnız hava hücumundan müdafiə sistemi ilə təmin etməklə, onun uzunmüddətli perspektivdə məğlubiyyətinə səbəb olur", - deyə hesabatda qeyd olunub.
Bundan əvvəl Şolts bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinə "Taurus" uzaqmənzilli qanadlı raketlərin tədarükü məsələsi nəzərdən keçirilmir. Eyni zamanda, kansler Almaniyanın gələn qış üçün Ukraynanı əlavə olaraq daha bir "Patriot" hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyinə söz verib.
Bir gün əvvəl Almaniyanın "Rheinmetall" silah konserni də yeni "SurveilSpire" kəşfiyyat sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə çatdırıldığını təsdiqləyib.
Xəbər lenti
0