Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Səməd Seyidov: Avropa Parlamentinin qətnaməsi tarixin zibilliyinə atılacaq

© Sputnik / Murad OrujovSəməd Seyidov
Səməd Seyidov - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
O, bildirib ki, Fransa və onun ətrafında toplanan bir neçə ölkənin Azərbaycanın qələbəsini şübhə altına alaraq, status məsələsini, kənar qüvvələrin qoşunlarını ərazimizdə yerləşdirmək və bununla da Azərbaycanın müstəqilliyini təhlükə altına almaq cəhdi iflasa uğrayıb.
BAKI, 6 oktyabr - Sputnik. "Bu qətnamə Azərbaycana qarşı qəbul edilən ilk sənəd deyil. Hər dəfə Fransa başda olmaqla ermənipərəst qüvvələrin müstəmləkəçilik siyasəti iflasa uğrayanda belə qətnamələr qəbul edilir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsinə münasibət bildirən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, Fransa və onun ətrafında toplanan bir neçə ölkənin Azərbaycanın qələbəsini şübhə altına alaraq, status məsələsini, kənar qüvvələrin qoşunlarını bizim ərazimizdə yerləşdirmək və bununla da Azərbaycanın müstəqilliyini təhlükə altına almaq cəhdləri tamamilə iflasa uğrayıb: "Bu qətnamənin içərisində Azərbaycana qarşı olan nifrət həm də ondan irəli gəlir ki, artıq onların Azərbaycana müdaxilə etmək şansları tamamilə bizim tərəfdən rədd edilib. Artıq heç kim Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməz. Ona görə açıq demək lazımdır ki, bu qətnamə İslamafob qətnamədir, qorxaqlıq qətnaməsidir. Biz bu qətnamənin üzərindən xətt çəkəcəyik".
"Qranadada bu qətnamə qəbul olunandan sonra Avropa dövlətinin liderləri Azərbaycanla yüksək səviyyəli əlaqələrdən danışırdılar, sanksiyaların qüvvədə olmayacağını bildirirdilər. Onlar özü elə bu qətnamənin üzərindən xətt çəkirdilər. Bu qətnamə də digərləri kimi tarixin zibilliyinə atılacaq”-, deyə komitə sədri diqqətə çatdırıb.
Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında bildirilib ki, biz Azərbaycana qarşı otuz ildən artıqdır ki, səlib yürüşünə çıxmış Avropa Parlamentinin 2023-cü il oktyabrın 5-də qəbul etdiyi növbəti azərbaycanofob qətnaməsini sərt şəkildə qınayırıq.
Diqqətə çatdırılıb ki, qətnamədə Avropa İttifaqının regionda “geosiyasi boşluğu” doldurmasına və Ermənistana hərbi dəstək göndərməsinə dair çağırışlar Avropa Parlamentinin neokolonialist zehniyyətindən və regionu qana çalxalamaq niyyətindən xəbər verir. Sənəddə Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasını öz ərazilərinə buraxmasına dair tələb məhz bu müstəmləkəçi məqsədə xidmət edir.
"Biz Avropa Parlamentini qərəzli və təhlükəli yanaşmasından əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına və regionda reinteqrasiyaya və birgəyaşayışa əsaslanan davamlı sülhün bərqərar olunmasına dəstək verməyə çağırırıq”, - deyə İcmanın bəyanatında qeyd olunub.
Xəbər lenti
0