https://sputnik.az/20231006/masallida-yanginda-xesaret-alanlar-var-459348988.html
Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb
Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb
Sputnik Azərbaycan
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın söndürülüb. 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T19:24+0400
2023-10-06T19:24+0400
2023-10-06T19:31+0400
yanğın
hadisə
masallı
masallı rayonu
bazar
fhn
https://cdnn1.img.sputnik.az/img/07e7/08/04/457437526_0:36:951:571_1920x0_80_0_0_757a644785fc5e581bc5db73364c7aa0.jpg
BAKI, 6 oktyabr — Sputnik. Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.Иг, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında əksini tapıb.“Oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal FHN-nin əməkdaşları hadisə yerinə çıxıb.Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”.***Xəbər verildiyi kimi, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN Mətbuat xidmətindən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. TƏBİB-in məlumatına görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Qeyd edək ki, oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın balşayıb.***Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir."Report" xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb."Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/04/457437526_71:0:880:607_1920x0_80_0_0_ee653d52e17321bcc7976737b0be2cd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın, masallı, masallı rayonu, bazar, fhn
yanğın, masallı, masallı rayonu, bazar, fhn
Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb
19:24 06.10.2023 (Yenilənib: 19:31 06.10.2023) FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın söndürülüb.
BAKI, 6 oktyabr — Sputnik. Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Иг, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında əksini tapıb.
“Oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal FHN-nin əməkdaşları hadisə yerinə çıxıb.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”.
Xəbər verildiyi kimi, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN Mətbuat xidmətindən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. TƏBİB-in məlumatına görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
Qeyd edək ki, oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın balşayıb.
Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.
"Report" xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.
O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.
"Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.