https://sputnik.az/20231006/ermenistanla-serhedde-yeni-herbi-hisse-ve-serhed-doyus-menteqeleri-yaradilib-459327554.html
Ermənistanla sərhəddə yeni hərbi hissə və sərhəd-döyüş məntəqələri yaradılıb
Ermənistanla sərhəddə yeni hərbi hissə və sərhəd-döyüş məntəqələri yaradılıb
Sputnik Azərbaycan
DSX-nin məlumatına görə, işğaldan azad olunmuş İranla dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib. 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T12:30+0400
2023-10-06T12:30+0400
2023-10-06T12:55+0400
elçin quliyev
hərbi
hərbi obyekt
dsx
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996687_0:160:3072:1888_1920x0_80_0_0_96ccbca4dd7fbe8df6920a4248be6032.jpg
BAKI, 6 oktyabr — Sputnik. "Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. O vurğulayıb ki, işğaldan azad olunmuş İranla dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: "Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 140 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib". E.Quliyev bildirib ki, DSX tərəfindən işğaldan azad edilmiş ərazilərdə 106 kilometr məsafədə yeni yollar çəkilib, 225 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996687_171:0:2902:2048_1920x0_80_0_0_eaecfd3b3dcc74756624b78739123c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elçin quliyev, hərbi obyekt, dsx
elçin quliyev, hərbi obyekt, dsx
Ermənistanla sərhəddə yeni hərbi hissə və sərhəd-döyüş məntəqələri yaradılıb
12:30 06.10.2023 (Yenilənib: 12:55 06.10.2023) DSX-nin məlumatına görə, işğaldan azad olunmuş İranla dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.
BAKI, 6 oktyabr — Sputnik. "Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
O vurğulayıb ki, işğaldan azad olunmuş İranla dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib:
"Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 140 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib".
E.Quliyev bildirib ki, DSX tərəfindən işğaldan azad edilmiş ərazilərdə 106 kilometr məsafədə yeni yollar çəkilib, 225 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.