https://sputnik.az/20231006/azerbaycanda-qiymetli-metallarin-daslarin-alqi-satqisi-uzre-yeni-qayda-mueyyenlesir-459337186.html
Azərbaycanda qiymətli metalların, daşların alqı-satqısı üzrə yeni qayda müəyyənləşir
Azərbaycanda qiymətli metalların, daşların alqı-satqısı üzrə yeni qayda müəyyənləşir
Sputnik Azərbaycan
“Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklər edilir. 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T14:23+0400
2023-10-06T14:23+0400
2023-10-06T14:24+0400
milli məclis
iqtisadiyyat
qiymətli daş
qanun
qanun layihəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509862_0:269:3163:2048_1920x0_80_0_0_66263b67617166e7c8b7d96abfb85a0a.jpg
BAKI, 6 oktyabr - Sputnik. Azərbaycanda bahalı qiymətli metallar, daşların və onlardan hazırlanan məmulatların, həmçinin mədəniyyət məhsullarının alqı-satqısı nağdsız aparılacaq. Bununla bağlı məsələ parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklərlə qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Layihə səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, "Nağdsız hesablaşmalar haqqında" qanun Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qiymətli metallar deyəndə istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum) nəzərdə tutulur. Qiymətli daşlar deyəndə işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509862_151:0:2882:2048_1920x0_80_0_0_c685009481f340444403d907adfba204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, qiymətli daş, qanun, qanun layihəsi
milli məclis, qiymətli daş, qanun, qanun layihəsi
Azərbaycanda qiymətli metalların, daşların alqı-satqısı üzrə yeni qayda müəyyənləşir
14:23 06.10.2023 (Yenilənib: 14:24 06.10.2023) “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklər edilir.
BAKI, 6 oktyabr - Sputnik. Azərbaycanda bahalı qiymətli metallar, daşların və onlardan hazırlanan məmulatların, həmçinin mədəniyyət məhsullarının alqı-satqısı nağdsız aparılacaq.
Bununla bağlı məsələ parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklərlə qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, "Nağdsız hesablaşmalar haqqında" qanun Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Qiymətli metallar deyəndə istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum) nəzərdə tutulur.
Qiymətli daşlar deyəndə işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər nəzərdə tutulur.