DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Artıq Ukraynada yarım milyondan çox insan həlak olub - Lukaşenko

© Sputnik / Anton Novoderezhkin / POOL / Mediabanka keçidAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
Belarus lideri bildirib ki, Avropa döyüşmək istəmir, Ukraynada münaqişənin qızışmaması onun maraqlarına uyğundur.
BAKI, 6 oktyabr — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, Avropa ilə ABŞ arasında nümayiş etdirməyə çalışsalar da, birlik yoxdur.
"Avropa və ABŞ nə qədər bir olduqlarını nümayiş etdirsələr də, birlikləri yoxdur. Mən bunu sizə əminliklə deyirəm, təkcə öz təhlillərimə deyil, həm də şəxsən qurduğum əlaqələrə əsaslanaraq deyirəm. Təkcə mən yox, bizim hərbi və dövlət təhlükəsizliyimiz bunu deyir", - deyə Lukaşenko Brest bölgəsinə səfəri zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa döyüşmək istəmir, Ukraynada münaqişənin qızışmaması onun maraqlarına uyğundur: "Çünki müharibə ABŞ-ın uzaqda olması fonunda onların ümumi evində gedir və onlar üçün yeganə yük dollar maşınının gecə-gündüz işləməsidir. Artıq Ukraynada yarım milyondan çox insan həlak olub. İndi həm Ukraynadan kənarda, Polşada və başqa ölkələrdəki ukraynalıları tutub müharibəyə aparırlar. Ukraynada belə müharibə gedir", - Lukaşenko deyib.
Xəbər lenti
0