Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ölkələri və Azərbaycanda demoqrafik partlayış təhsil yerlərinin qıtlığına səbəb olub

© AFP 2024 / FRED DUFOURAuditoriyada tələbələr
Auditoriyada tələbələr - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
Müsbət demoqrafik dinamika Aİİ üzv ölkələrinin və Azərbaycanın təhsil sistemləri qarşısında yeni çağırışlar qoyub - yeni məktəblər tikilir, lakin onların sayı hələ də kifayət qədər deyil.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 99,8 faiz təşkil edir. Ölkədə uşaqların təhsillə əhatə dairəsi daim genişlənir, uşaqların sayı ildən-ilə artır ki, bu da ölkənin Elm və Təhsil Nazirliyinin qarşısında yeni vəzifələr qoyur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bir neçə min dövlət ümumi və tam təhsil müəssisəsi var. Yeni məktəblər tikilir, lakin hələ ki, onların sayı kifayət qədər deyil. Belə ki, şəhər məktəblərində şagird yerlərinin kəskin çatışmazlığı var. Norma 30 nəfər olduğu halda, bəzi siniflərdə bəzən 50-yə qədər uşaq olur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri və Azərbaycan üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin sayına dair müqayisəli məlumatları təqdim edir. Bundan əlavə, "Sputnik Azərbaycan" bir sıra ölkələrdə demoqrafik partlayış nəticəsində yaranan təhsil yerlərinin çatışmazlığı ilə bağlı əlavə açıq mənbə məlumatlarından istifadə edərək Aİİ ölkələrində və Azərbaycanda təhsil sahəsində vəziyyəti təsvir edib. Ümumiyyətlə, regionda əhalinin sayı durmadan artdığını, lakin təhsil sistemlərinin hələ də bu proseslə ayaqlaşmadığını söyləyə bilərik.
Rusiya
Beləliklə, Rusiya bu ölkələr arasında məktəblərin sayına görə liderdir – orda 39,9 min orta təhsil müəssisəsi var. Bu təhsil müəssisələrində 28,3 milyon şagird təhsil alır. Eyni zamanda, "Dəqiq olmaq" araşdırmasına görə, rus məktəblərində, demək olar ki, 900 min yer çatışmır. Yer çatışmazlığını müəyyən etmək üçün analitiklər Təhsil Nazirliyinin bir neçə il ərzində məktəblilərin sayı və siniflərin sayı, habelə 2010-cu ildə sanitariya qaydaları və normaları tərəfindən müəyyən edilmiş bir sinifdə 25 nəfərlik hədd haqqında məlumatlardan istifadə ediblər. Məlum olub ki, 2016-cı ildə Rusiya məktəblərində 285 min yer çatışmazlığı var idisə, 2022-ci ilə qədər norma ilə faktiki yerlərin sayı arasındakı fərq üç dəfə - 890 minə qədər artıb.
Qazaxıstan
Bu siyahıda ikinci yeri 7,7 min məktəb və 3,7 milyon şagirdlə Qazaxıstan tutur. Məktəblilərin sayının artması ona gətirib çıxarıb ki, yeni dərs ilinə qədər təhsil yerlərinin çatışmazlığı 270 mini ötüb. Yeni məktəblərin tikintisinin hazırkı tempi demoqrafik və miqrasiya prosesləri ilə ayaqlaşmır.
Azərbaycan
Daha sonrakı yerdə Azərbaycan gəlir. Respublikada 4,4 min dövlət məktəbi var ki, burada uşaqlar ümumi və tam orta təhsil alır, o cümlədən xarici dillərdə, onların arasında rus dili xüsusi yer tutur. Ümumilikdə orta təhsil müəssisələrində 1,7 milyondan çox şagird təhsil alır (2021/2022-ci tədris ilində - 1,691 milyon, 2015/2016-cı ildə - 1,357 milyon). Ölkədə ən çox yer çatışmazlığı Bakı və Abşeron rayonundakı məktəblərdə, o cümlədən rus bölməsində müşahidə olunur. Nəticədə bir sıra təhsil müəssisələri üç növbədə işləyirlər.
Qırğızıstan
Qırğızıstanda da məktəblər bir neçə növbədə işləyir. 1,45 milyon şagirdin təhsil aldığı 2,4 minə yaxın məktəb var ki, bu da yer çatışmazlığını izah edir. Məsələn, ötən il Bişkekdə 100 mindən çox uşaq təhsil müəssisələrində kifayət qədər yer tapmayıb. Məktəblərin 30 faizində dərslər üç və ya dörd növbədə keçirilir.
Belarus
2022/2023-cü tədris ilində Belarusda 2940 dövlət ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərib. Bu dərs ilində 1 milyon belaruslu məktəbli parta arxasında əyləşib. Bu rəqəm keçən illə müqayisədə çox dəyişməyib - o zaman Belstat 1,085 milyon məktəbli barədə məlumat vermişdi.
Ermənistan
Ermənistanda ən az dövlət məktəbi var. Orada, məlumatlara görə, 1,4 minə yaxın təhsil müəssisəsi var. Onlarda da az sayda şagird var - ümumilikdə təhsil müəssisələrində 400 mindən birçox şagird oxuyurlar.
Bu tədris ilində verilən ərizələrə əsasən Ermənistanda 23 589 uşaq birinci sinfə gedirdisə, keçən il bu rəqəm 39 117 idi. Ölkənin sərhəd kəndlərində bu il cəmi 1-2 uşağın birinci sinfə gedən məktəblər var. "Sputnik Ermənistan" xəbər verib ki, bəzi məktəblərdə birinci sinfə gedənlər ümumiyyətlə yoxdur.
Xəbər lenti
0