DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski üçün pis xəbər: İspaniyada USQ-nin hücumunun uğursuzluğunun nəticələri açıqlandı

© Clodagh Kilcoyne/Pool via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
"ABC" nəşri yazıb ki, Qərb ölkələri Ukraynanı dəstəkləməkdən yorulmağa başlayıb.
BAKI, 5 oktyabr - Sputnik. Ukraynanın Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunu dayandırdığına görə Kiyev rejimini maliyyələşdirməkdən yorulmağa başlayıblar.
Bu barədə Rusiya mediası İspaniyanın "ABC" nəşrinə istinadən xəbər verib.
"ABŞ-da Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının güclü təzyiqi səbəbindən hazırda Ukraynaya yardım paketlərinə yenidən baxılır", - deyə məqalə müəllifləri bildiriblər.
Nəşr qeyd edir ki, Kiyevin Avropadakı müttəfiqləri də davamlı dəstəyin zəruriliyini şübhə altına almağa başlayıblar: Polşa bu yaxınlarda Kiyevə silah tədarükünü məhdudlaşdırdığını elan edib və daha sonra Slovakiyada Ukraynadan dəstəyi geri çəkməyi müdafiə edən sabiq baş nazir seçilib.
"Bu, nə Ukrayna, nə ABŞ, nə NATO, nə də Brüssel üçün yaxşı xəbər deyil", - ABC yekunlaşdırır.
Xatırladaq ki, "Responsible Statecraft" nəşri Ukraynanın Kiyev rejimini dəstəkləməkdən getdikcə yorğunluq əlamətləri göstərən Qərbdən yardımın azalması səbəbindən dönüş nöqtəsi ilə qarşılaşdığını da qeyd edib.
Öz növbəsində, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov xəbərdarlıq edib ki, Ukraynanın müttəfiqləri, şübhəsiz ki, Kiyevə verilən "absurd" dəstəkdən yorulacaqlar və bu, Qərbin siyasi elitasının parçalanmasına gətirib çıxaracaq.
Xəbər lenti
0