SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

UNESCO-nin bir qrup nümayəndəsi tezliklə İrəvana gələcək

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİrəvana mənzərə, arxiv şəkli
İrəvana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Yaxın vaxtlarda UNESCO təhsil sahəsində beynəlxalq tərəfdaşların və donorların iştirakı ilə görüş təşkil etməyi də planlaşdırır.
BAKI, 5 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) bir qrup nümayəndəsi tezliklə İrəvana gələcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Səfərin Ermənistanın istəyi ilə baş tutacağı qeyd edilir. Fövqəladə missiya Qarabağ iqtisadi rayonundan Ermənistana köçənlərə təhsil sahəsində yardım göstərəcək.
Yardım təhsilin fasiləsizliyini təmin etmək və erməni tələbələrə psixososial dəstək göstərmək məqsədi daşıyır.
Yaxın vaxtlarda UNESCO təhsil sahəsində beynəlxalq tərəfdaşların və donorların iştirakı ilə görüş təşkil etməyi də planlaşdırır.
Xəbər lenti
0