https://sputnik.az/20231005/susa-et-in-2026-ci-il-ucun-turizm-paytaxti-secildi-459313393.html
Şuşa İƏT-in 2026-cı il üçün turizm paytaxtı seçildi
Şuşa İƏT-in 2026-cı il üçün turizm paytaxtı seçildi
Sputnik Azərbaycan
Qeyd edilən iclaslarda Azərbaycan Respublikasını Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T17:35+0400
2023-10-05T17:35+0400
2023-10-05T17:35+0400
şuşa
cəmiyyət
iət
ərdəbil
turizm
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970678_0:0:2000:1125_1920x0_80_0_0_827b0f0460b765d1eddb8248cb28aa57.jpg
BAKI, 5 oktyabr — Sputnik. 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumat yayıb. Məlumata görə, qeyd edilən iclaslarda Azərbaycan Respublikasını Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib. Sonda İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970678_0:0:1778:1333_1920x0_80_0_0_c80e5688dd01b157bf74422e456b434d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, iət, ərdəbil, turizm
şuşa, iət, ərdəbil, turizm
Şuşa İƏT-in 2026-cı il üçün turizm paytaxtı seçildi
Qeyd edilən iclaslarda Azərbaycan Respublikasını Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib.
BAKI, 5 oktyabr — Sputnik. 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumat yayıb.
Məlumata görə, qeyd edilən iclaslarda Azərbaycan Respublikasını Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib.
Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.
İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib.
Sonda İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.