https://sputnik.az/20231005/sensasiya-yaradan-norvecli-tur-heyerdalin-bakida-tapdiqlari-459308785.html
Sensasiya yaradan norveçli: Tur Heyerdalın Bakıda tapdıqları
Sensasiya yaradan norveçli: Tur Heyerdalın Bakıda tapdıqları
Sputnik Azərbaycan
Heyerdal bildirirdi ki, məhz Abşeron sahilləri ən qədim sivilizasiya mərkəzi olub, oradan bəşəriyyət əvvəlcə cənuba, sonra şimala yayılıb. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T23:30+0400
2023-10-05T23:30+0400
2023-10-05T23:30+0400
səyyah
mədəniyyət
italiya
norveç
tur heyerdal
viking
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459301324_0:30:2000:1155_1920x0_80_0_0_61b87b0866b11b8a1a41ca8427752047.jpg
BAKI, 5 oktyabr — Sputnik. Bəziləri onu böyük səyyah, bəziləri ixtiraçı adlandırsa da, sağlığında vətənində ona abidə ucaldılıb. O, özünün ən inanılmaz tarixi fərziyyələrindən birinin doğulduğu Azərbaycana üç dəfə səfər edib. Norveçli kəşfiyyatçı, arxeoloq və yazıçı Tur Heyerdal ehtirasla sübut etdiyi və populyarlaşdırdığı inanılmaz tarixi fərziyyələri ilə məşhurlaşıb. Lakin hər şey 1947-ci ildə, səyyahın şalbanlardan düzəldilmiş "Kon-Tiki" adlı salla Sakit Okeanı keçdikdə başladı. Bu, onun lentə aldığı ilk ekspedisiyası idi. Sonradan bu hadisə haqqında çəkilən film 1951-ci ildə ən yaxşı sənədli filmi üçün "Oskar" mükafatını qazandı. Bütün dünyada məşhurlaşan Heyerdal qədim sivilizasiyaların izlərini axtarmaq üçün səyahətlərini davam etdirdi. O, Qalapaqos və Pasxa adalarını ziyarət edib, Atlantik okeanını keçməyə cəhd edib. Hindistan sivilizasiyasını araşdıran səyahətçi qamışdan hazırlanmış "Tiqris" adlı qayıqla beynəlxalq ekipajla birlikdə Fars körfəzi vasitəsilə Pakistana, oradan isə Qırmızı dənizə tərəf yola düzəlir. Onun hesabına elmi dünyanı öz cəsarəti ilə həyəcanlandıran bir çox sensasiyalı kəşflər və "dəlisov" təcrübələr var. Nəzəriyyələri nadir hallarda elm tərəfindən qəbul olunur və Heyerdal mənbələrdən seçmə istifadə etməkdə və elmi metodologiyanın tam olmamasında ittiham edilirdi. Lakin Heyerdalın özü tənqidə əhəmiyyət vermir, əksinə öz nəzəriyyələrini geniş kütlələr üçün nəzərdə tutulan populyar ədəbiyyatda nəşr etdirirdi. Norveçlinin maraqlı səyahətlərindən biri də 1981-ci ildə məşhur arxeoloqun Bakıdan 60 aralıda yerəlşən Qobustan ərazisində qədim qayaüstü rəsmlərə baxmasını istəyən Azərbaycan Elmlər Akademiyasının prezidenti Həsən Əliyevin dəvəti ilə Azərbaycana səfəri olub. Heyerdal həmişə ilk növbədə qədim gəmilərin təsvirinə diqqət yetirirdi. Qobustan qayalarında aşkar edilmiş burun tərəflərində günəş simvolu olan oraq formalı qayıqların təsvirləri norveçliyə bu yerlərdə vikinqlərin olması ilə bağlı fərziyyə irəli sürməyə imkan verib. Heyerdal öz fərziyyələrində daha da irəli gedərək bildirirdi ki, məhz Abşeron sahilləri ən qədim sivilizasiya mərkəzi olub, oradan bəşəriyyət əvvəlcə cənuba, sonra şimala yayılıb. O, qədim Vikinq mifologiyasına istinad edirdi. Qədim zamanlardan Norveçdə belə bir əfsanə var ki, bir vaxtlar ilk Norveç kralı Odin öz xalqını Aser adlı ölkədən şimala - hazırkı Norveçə aparıb. Tur Heyerdal "Aser" və Azərbaycan sözləri arasındakı oxşarlığa diqqət yönəldib. Sonralar o, daha iki dəfə - 1994-cü və 2000-ci illərdə Bakıya gəlib və hər dəfə Xəzər dənizinin vikinq sivilizasiyasının beşiyi olması nəzəriyyəsinin yeni sübutlarını tapıb. Tədqiqatçı əmin idi ki, ilk vikinqlər məhz Xəzər sahillərində peyda olublar və yalnız bundan sonra Şimali Avropa torpaqlarına köçüblər. 2000-ci ilin sentyabrında Heyerdal ölümündən sonra büstünün qoyulduğu Kiş kəndindəki kilsənin ərazisində aparılan arxeoloji qazıntılara baş çəkib. Qobustan uzun müddət YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyib. 2006-cı ildə Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə təşkilatın baş direktoru qoruğa dəvət olunub və iş, nəhayət ki, yerindən tərpənib - 2007-ci ildə Qobustanın qayaüstü rəsmlərinin mədəni mənzərəsi Ümumdünya İrs Siyahısına daxil edilib. Tur Heyerdal 2002-ci ildə 87 yaşında İtaliyadakı malikanəsində beyin şişindən dünyasını dəyişib. Vətənində hələ sağlığında ikən ona abidə ucaldılıb, evində isə muzey açılıb. 2011-ci ildə böyük səyyahın adını daşıyan müasir freqat - "Thor Heyerdahl" Norveç Hərbi Dəniz Qüvvələrinin heyətinə daxil olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459301324_223:0:2000:1333_1920x0_80_0_0_bfc61abff089dfe19ac705114a37344c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səyyah, italiya, norveç, tur heyerdal, viking
səyyah, italiya, norveç, tur heyerdal, viking
Sensasiya yaradan norveçli: Tur Heyerdalın Bakıda tapdıqları
Heyerdal bildirirdi ki, məhz Abşeron sahilləri ən qədim sivilizasiya mərkəzi olub, oradan bəşəriyyət əvvəlcə cənuba, sonra şimala yayılıb.
BAKI, 5 oktyabr — Sputnik. Bəziləri onu böyük səyyah, bəziləri ixtiraçı adlandırsa da, sağlığında vətənində ona abidə ucaldılıb. O, özünün ən inanılmaz tarixi fərziyyələrindən birinin doğulduğu Azərbaycana üç dəfə səfər edib.
Norveçli kəşfiyyatçı, arxeoloq və yazıçı Tur Heyerdal ehtirasla sübut etdiyi və populyarlaşdırdığı inanılmaz tarixi fərziyyələri ilə məşhurlaşıb. Lakin hər şey 1947-ci ildə, səyyahın şalbanlardan düzəldilmiş "Kon-Tiki" adlı salla Sakit Okeanı keçdikdə başladı. Bu, onun lentə aldığı ilk ekspedisiyası idi. Sonradan bu hadisə haqqında çəkilən film 1951-ci ildə ən yaxşı sənədli filmi üçün "Oskar" mükafatını qazandı.
Bütün dünyada məşhurlaşan Heyerdal qədim sivilizasiyaların izlərini axtarmaq üçün səyahətlərini davam etdirdi. O, Qalapaqos və Pasxa adalarını ziyarət edib, Atlantik okeanını keçməyə cəhd edib. Hindistan sivilizasiyasını araşdıran səyahətçi qamışdan hazırlanmış "Tiqris" adlı qayıqla beynəlxalq ekipajla birlikdə Fars körfəzi vasitəsilə Pakistana, oradan isə Qırmızı dənizə tərəf yola düzəlir.
Onun hesabına elmi dünyanı öz cəsarəti ilə həyəcanlandıran bir çox sensasiyalı kəşflər və "dəlisov" təcrübələr var. Nəzəriyyələri nadir hallarda elm tərəfindən qəbul olunur və Heyerdal mənbələrdən seçmə istifadə etməkdə və elmi metodologiyanın tam olmamasında ittiham edilirdi. Lakin Heyerdalın özü tənqidə əhəmiyyət vermir, əksinə öz nəzəriyyələrini geniş kütlələr üçün nəzərdə tutulan populyar ədəbiyyatda nəşr etdirirdi.
Norveçlinin maraqlı səyahətlərindən biri də 1981-ci ildə məşhur arxeoloqun Bakıdan 60 aralıda yerəlşən Qobustan ərazisində qədim qayaüstü rəsmlərə baxmasını istəyən Azərbaycan Elmlər Akademiyasının prezidenti Həsən Əliyevin dəvəti ilə Azərbaycana səfəri olub. Heyerdal həmişə ilk növbədə qədim gəmilərin təsvirinə diqqət yetirirdi.
Qobustan qayalarında aşkar edilmiş burun tərəflərində günəş simvolu olan oraq formalı qayıqların təsvirləri norveçliyə bu yerlərdə vikinqlərin olması ilə bağlı fərziyyə irəli sürməyə imkan verib. Heyerdal öz fərziyyələrində daha da irəli gedərək bildirirdi ki, məhz Abşeron sahilləri ən qədim sivilizasiya mərkəzi olub, oradan bəşəriyyət əvvəlcə cənuba, sonra şimala yayılıb.
O, qədim Vikinq mifologiyasına istinad edirdi. Qədim zamanlardan Norveçdə belə bir əfsanə var ki, bir vaxtlar ilk Norveç kralı Odin öz xalqını Aser adlı ölkədən şimala - hazırkı Norveçə aparıb. Tur Heyerdal "Aser" və Azərbaycan sözləri arasındakı oxşarlığa diqqət yönəldib.
Sonralar o, daha iki dəfə - 1994-cü və 2000-ci illərdə Bakıya gəlib və hər dəfə Xəzər dənizinin vikinq sivilizasiyasının beşiyi olması nəzəriyyəsinin yeni sübutlarını tapıb. Tədqiqatçı əmin idi ki, ilk vikinqlər məhz Xəzər sahillərində peyda olublar və yalnız bundan sonra Şimali Avropa torpaqlarına köçüblər. 2000-ci ilin sentyabrında Heyerdal ölümündən sonra büstünün qoyulduğu Kiş kəndindəki kilsənin ərazisində aparılan arxeoloji qazıntılara baş çəkib.
Qobustan uzun müddət YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyib. 2006-cı ildə Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə təşkilatın baş direktoru qoruğa dəvət olunub və iş, nəhayət ki, yerindən tərpənib - 2007-ci ildə Qobustanın qayaüstü rəsmlərinin mədəni mənzərəsi Ümumdünya İrs Siyahısına daxil edilib.
Tur Heyerdal 2002-ci ildə 87 yaşında İtaliyadakı malikanəsində beyin şişindən dünyasını dəyişib. Vətənində hələ sağlığında ikən ona abidə ucaldılıb, evində isə muzey açılıb. 2011-ci ildə böyük səyyahın adını daşıyan müasir freqat - "Thor Heyerdahl" Norveç Hərbi Dəniz Qüvvələrinin heyətinə daxil olub.