Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 22 aptekdə yoxlama aparıb

© Sputnik / Shahperi AbbasovaAptek
Aptek - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Nöqsan aşkarlanan aptek barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
BAKI, 5 oktyabr — Sputnik. Sentyabr ayında 22 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, bir aptekdə nöqsan aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaranarsa, Analitik Ekspertiza Mərkəzinə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in "Bir pəncərə" sektoruna müraciət edə və ya "qaynar xətt"lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış qəbzini və aptekin ünvanını yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür", - deyə qeyd olunub.
Xəbər lenti
0