SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Regionda sülh dili münaqişə və gərginlik dilindən üstün olmalıdır - Abdullahian

© AP Photo / Vahid Salemi Hüseyn Əmir Abdullahian
 Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
İran XİN rəhbəri bildirib ki, Azərbaycanın Qarabağ regionu üzərində suverenliyinin bərpası Qafqazda sülh və iqtisadi inkişaf naminə regional əməkdaşlıqda yeni səhifənin açılmasını zəruri edir.
BAKI, 5 oktyabr — Sputnik. Gələcəkdə sülh dili Cənubi Qafqazda gərginlik və münaqişə dilindən üstün olmalıdır. Bu fikri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyib.
"Azərbaycanın Qarabağ regionu üzərində suverenliyinin bərpası Qafqazda sülh və iqtisadi inkişaf naminə regional əməkdaşlıqda yeni səhifənin açılmasını zəruri edir. Hesab edirik ki, bundan sonra regionda sülh dili münaqişə və gərginlik dilindən üstün olmalıdır", - Abdullahian deyib.
Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin İranın Azərbaycanla bütün sahələrdə əlaqələri daha da genişləndirmək arzusunda olduğunu bildirib.
Xələf Xələfov öz növbəsində Tehran və Bakı arasında münasibətlərdə mühüm irəliləyişləri qeyd edib. O, həmçinin vurğulayıb ki, Qarabağda erməni əhalisinin nümayəndələrinin hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan hakimiyyəti üçün prioritet məsələdir.
Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oktyabrın 3-ü axşam saatlarında Tehrana gedib. İranda olduğu müddətdə o, İslam Respublikasının prezidenti İbrahim Rəisi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə də görüşüb.
Xəbər lenti
0