https://sputnik.az/20231005/parasutle-tullanan-104-yasli-amerikali-hoffner-dunya-rekordunu-yenileyib-459289433.html
Paraşütlə tullanan 104 yaşlı amerikalı Hoffner dünya rekordunu yeniləyib
Paraşütlə tullanan 104 yaşlı amerikalı Hoffner dünya rekordunu yeniləyib
Sputnik Azərbaycan
104 yaşlı paraşütçü "Yaş, sadəcə bir rəqəmdir" deyib. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T02:01+0400
2023-10-05T02:01+0400
2023-10-05T10:10+0400
paraşüt
dünya xəbərləri
ginnesin rekordlar kitabı
çikaqo
amerika
sakin
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459294109_0:251:2421:1613_1920x0_80_0_0_920859a6955fba6dd5ffac6fe30be499.jpg
BAKI, 5 oktyabr — Sputnik. Amerikanın Çikaqo şəhərinin 104 yaşlı sakini Doroti Hoffner ən yaşlı paraşütçü kimi Ginnesin Rekordlar Kitabına düşə bilər. "The Guardian" bu barədə yazıb. Hoffner paraşütlə tullanmağa təlimatçı Derek Baxterlə gedib. 4,1 min metr hündürlükdən tullanan Hoffner, təxminən yeddi dəqiqə havada "uçub". 104 yaşlı paraşütçü "Yaş, sadəcə bir rəqəmdir" deyib. Bundan əlavə, qadın hava balonu ilə uçuş etməyi planlaşdırdığını bildirib. Xatırladaq ki, əvvəlki Ginnes rekordu isveçli 103 yaşlı Linniya İnqeqard Larsson tərəfindən 2022-ci ilin yazında müəyyən edilib. Daha əvvəl Yaponiyada 15 yaşlı Kirato Hitakenin iplə tullanma üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş yeni rekorda imza atdığı bildirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459294109_270:0:2421:1613_1920x0_80_0_0_cab6d4b7048b978e5f80fb472c88599d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
paraşüt, ginnesin rekordlar kitabı, çikaqo, amerika, sakin
paraşüt, ginnesin rekordlar kitabı, çikaqo, amerika, sakin
Paraşütlə tullanan 104 yaşlı amerikalı Hoffner dünya rekordunu yeniləyib
02:01 05.10.2023 (Yenilənib: 10:10 05.10.2023) 104 yaşlı paraşütçü "Yaş, sadəcə bir rəqəmdir" deyib.
BAKI, 5 oktyabr — Sputnik. Amerikanın Çikaqo şəhərinin 104 yaşlı sakini Doroti Hoffner ən yaşlı paraşütçü kimi Ginnesin Rekordlar Kitabına düşə bilər.
"The Guardian" bu barədə yazıb.
Hoffner paraşütlə tullanmağa təlimatçı Derek Baxterlə gedib. 4,1 min metr hündürlükdən tullanan Hoffner, təxminən yeddi dəqiqə havada "uçub".
104 yaşlı paraşütçü "Yaş, sadəcə bir rəqəmdir" deyib.
Bundan əlavə, qadın hava balonu ilə uçuş etməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, əvvəlki Ginnes rekordu isveçli 103 yaşlı Linniya İnqeqard Larsson tərəfindən 2022-ci ilin yazında müəyyən edilib.
Daha əvvəl Yaponiyada 15 yaşlı Kirato Hitakenin iplə tullanma üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş yeni rekorda imza atdığı bildirilmişdi.