CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda at ətinin satışa çıxarılmasının qarşısı alınıb

© AP Photo / Paul WhiteQəssab, arxiv şəkli
Qəssab, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Sınaq protokoluna əsasən, ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.
BAKI, 5 oktyabr - Sputnik. Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Baxış zamanı ət satışı məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məntəqədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarının pozulduğu məlum olub. Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kq istehlaka yararsız ət aşkarlanıb.
Laborator müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.
AQTA bir daha istehlakçıları diqqətli olmağa çağırır, ət alarkən cəmdəyin üzərində möhürün olmasını və sağlamlığını təsdiq edən baytarlıq sənədini tələb etmələrini tövsiyə edir.
22.08.23, 19:27
Ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf ərazilərdən xəstə, təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər lenti
0