https://sputnik.az/20231005/nigerden-fransiz-vetendaslarin-texliyesi-baslanib-457373138.html
Fransa bu həftə ordusunu Nigerdən çıxarmaq niyyətindədir
Fransa bu həftə ordusunu Nigerdən çıxarmaq niyyətindədir
Sputnik Azərbaycan
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Nigerin yeni hakimiyyətini tanımadığını qeyd edərək bildirmişdi ki, cari ilin sonuna qədər fransız hərbçilər... 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T14:47+0400
2023-10-05T14:47+0400
2023-10-05T13:46+0400
niger
dünya xəbərləri
fransa
fransız
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457372966_0:162:3066:1887_1920x0_80_0_0_7c7e4472c8e65f10e348fb1a15e04b62.jpg
BAKI, 25 avqust — Sputnik. Fransa hökuməti bu həftə öz ordusunu Nigerdən çıxarmağa başlamaq niyyətindədir.Bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından yerli mətbuata verilən məlumatda deyilir.Bildirilib ki, qoşunların bu Afrika ölkəsindən çıxarılması əməliyyatları nizamlı və təhlükəsiz şəkildə həyata keçiriləcək.Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Nigerin yeni hakimiyyətini tanımadığını qeyd edərək bildirmişdi ki, cari ilin sonuna qədər fransız hərbçilər (təxminən 1500 hərbçi) Nigeri tərk edəcək.Xatırladaq ki, bu ilin iyul ayının 26-da Nigerdə dövlət çevrilişi baş verib və hərbçilər sabiq Prezident Məhəmməd Bazumu deviriblər.25.08.23, 23:37Fransa səfirinə Nigeri tərk etmək üçün 48 saat vaxt verilibNiger Xarici İşlər Nazirliyi Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.Bu barədə Niger XİN bəyanat yayıb.Fransa diplomatının ölkədən çıxarılmasının səbəbi isə onun Niger XİN rəhbəri ilə görüşə dəvətdən imtina etməsi ilə bağlıdır.Xatırladaq ki, Nigerdə iyul ayında çeviriliş olub, hərbi xunta hakimiyyətə gəlib.03.08.23, 07:23Amerika Birləşmiş Ştatları Nigerdəki səfirliyinin bir qrup əməkdaşını və onların ailə üzvlərini təxliyə edir.Bu barədə Dövlət Departamenti məlumat yayıb.Qərar Niger prezidenti Mohamed Bazumun ev dustaqlığına buraxılmasından sonra verilib.Həmçinin bildirilir ki, diplomatik nümayəndəlik planlaşdırılan görüşləri dayandırır.Bundan əvvəl Fransa hakimiyyətinin təşkil etdiyi, Nigerdən ilk evakuasiya reysinin Parisə endiyi bildirilmişdi.Almaniya hökuməti də öz vətəndaşlarına Nigeri tərk etməyi tövsiyə edib. Onlara Fransa vətəndaşlarını çıxaracaq Fransız təyyarələrindən istifadə etmək təklif edilib.02.08.23, 18:15Nigerdən fransız vətəndaşlarının təxliyəsi başlanıb. Göyərtəsində 262 fransız və digər ölkələrin vətəndaşları olan A330 təyyarəsi bu gecə yerli vaxtla saat 2:30-da Roissy–Charles-de-Gaulle aeroportuna enib. Yerli mətbuata müsahibələrində bu insanlar təxliyənin bu qədər tələskən aparılmasından təəccüblənərək, Niamey şəhərində xüsusi gərginlik olmadığını bildiriblər. Qeyd ediblər ki, həmişə olduğu kimi, əhali gündəlik işini davam edir, heç bir təhlükə yoxdur və olacağı da gözlənilmir. Digər məlumata görə, Nigerin hərbi hakimiyyəti beş qonşu ölkə - Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çad ilə quru və hava sərhədlərini yenidən açıb. Qeyd edək ki, avqustun 1-də Fransa Xarici İşlər Nazirliyi kommunikesində Niameydə vəziyyətin yaxşı olmadığını, səfirliyə qarşı zorakılıq aktı törədildiyini və hava məkanının bağlandığını bildirərək, vətəndaşlarının təxliyəsinə hazırlaşdığını bəyan etmişdi. Niameydə Fransanın regiondakı ən iri aviabazası yerləşir. Ölkə ərazisində Almaniya, İtaliya və ABŞ-a məxsus hərbi bazalar da var. Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
https://sputnik.az/20230729/bmt-tehlukesizlik-surasi-niger-prezidentini-derhal-azad-etmeye-cagirib-457260793.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457372966_168:0:2899:2048_1920x0_80_0_0_151789479e2902af10af0097c99ccb14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
niger, fransa, fransız
Fransa bu həftə ordusunu Nigerdən çıxarmaq niyyətindədir
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Nigerin yeni hakimiyyətini tanımadığını qeyd edərək bildirmişdi ki, cari ilin sonuna qədər fransız hərbçilər (təxminən 1500 hərbçi) Nigeri tərk edəcək.
BAKI, 25 avqust — Sputnik. Fransa hökuməti bu həftə öz ordusunu Nigerdən çıxarmağa başlamaq niyyətindədir.
Bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından yerli mətbuata verilən məlumatda deyilir.
Bildirilib ki, qoşunların bu Afrika ölkəsindən çıxarılması əməliyyatları nizamlı və təhlükəsiz şəkildə həyata keçiriləcək.
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Nigerin yeni hakimiyyətini tanımadığını qeyd edərək bildirmişdi ki, cari ilin sonuna qədər fransız hərbçilər (təxminən 1500 hərbçi) Nigeri tərk edəcək.
Xatırladaq ki, bu ilin iyul ayının 26-da Nigerdə dövlət çevrilişi baş verib və hərbçilər sabiq Prezident Məhəmməd Bazumu deviriblər.
Fransa səfirinə Nigeri tərk etmək üçün 48 saat vaxt verilib
Niger Xarici İşlər Nazirliyi Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
Bu barədə Niger XİN bəyanat yayıb.
Fransa diplomatının ölkədən çıxarılmasının səbəbi isə onun Niger XİN rəhbəri ilə görüşə dəvətdən imtina etməsi ilə bağlıdır.
Xatırladaq ki, Nigerdə iyul ayında çeviriliş olub, hərbi xunta hakimiyyətə gəlib.
Amerika Birləşmiş Ştatları Nigerdəki səfirliyinin bir qrup əməkdaşını və onların ailə üzvlərini təxliyə edir.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qərar Niger prezidenti Mohamed Bazumun ev dustaqlığına buraxılmasından sonra verilib.
Həmçinin bildirilir ki, diplomatik nümayəndəlik planlaşdırılan görüşləri dayandırır.
Bundan əvvəl Fransa hakimiyyətinin təşkil etdiyi, Nigerdən ilk evakuasiya reysinin Parisə endiyi bildirilmişdi.
Almaniya hökuməti də öz vətəndaşlarına Nigeri tərk etməyi tövsiyə edib. Onlara Fransa vətəndaşlarını çıxaracaq Fransız təyyarələrindən istifadə etmək təklif edilib.
Nigerdən fransız vətəndaşlarının təxliyəsi başlanıb. Göyərtəsində 262 fransız və digər ölkələrin vətəndaşları olan A330 təyyarəsi bu gecə yerli vaxtla saat 2:30-da Roissy–Charles-de-Gaulle aeroportuna enib.
Yerli mətbuata müsahibələrində bu insanlar təxliyənin bu qədər tələskən aparılmasından təəccüblənərək, Niamey şəhərində xüsusi gərginlik olmadığını bildiriblər. Qeyd ediblər ki, həmişə olduğu kimi, əhali gündəlik işini davam edir, heç bir təhlükə yoxdur və olacağı da gözlənilmir.
Digər məlumata görə, Nigerin hərbi hakimiyyəti beş qonşu ölkə - Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çad ilə quru və hava sərhədlərini yenidən açıb.
Qeyd edək ki, avqustun 1-də Fransa Xarici İşlər Nazirliyi kommunikesində Niameydə vəziyyətin yaxşı olmadığını, səfirliyə qarşı zorakılıq aktı törədildiyini və hava məkanının bağlandığını bildirərək, vətəndaşlarının təxliyəsinə hazırlaşdığını bəyan etmişdi.
Niameydə Fransanın regiondakı ən iri aviabazası yerləşir. Ölkə ərazisində Almaniya, İtaliya və ABŞ-a məxsus hərbi bazalar da var.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.