https://sputnik.az/20231005/naxcivan-ali-meclisinin-rehberliyinde-istefa-veren-var-459300570.html
Naxçıvan Ali Məclisinin rəhbərliyində istefa verən var
Naxçıvan Ali Məclisinin rəhbərliyində istefa verən var
Sputnik Azərbaycan
Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T12:44+0400
2023-10-05T12:44+0400
2023-10-05T12:44+0400
naxçıvan
azərbaycan xəbərləri
ali məclis
naxçıvan muxtar respublikasının ali məclisinin sədri
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 5 oktyabr — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib. Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb. Qeyd edək ki, Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışıb. Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olub. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilib. A.Zeynalov Naxçıvan Ali Məclisinin III çağırışının 28 noyabr 2005-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib. Azər Zeynalov 2010-cu il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olub. O, seçkiləri birinci tamamlamış və deputat seçilib. Naxçıvan Ali Məclisinin IV çağırışının 3 dekabr 2010-cu il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini seçilib. Azər Zeynalov 2015-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilib. Naxçıvan Ali Məclisinin V çağırışının 17 noyabr 2015-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib. O, 9 fevral 2020-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faizinin səsini toplayaraq deputat seçilmişdir.[4] Naxçıvan Ali Məclisinin VI çağırışının 22 fevral 2020-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, ali məclis, naxçıvan muxtar respublikasının ali məclisinin sədri
naxçıvan, ali məclis, naxçıvan muxtar respublikasının ali məclisinin sədri
Naxçıvan Ali Məclisinin rəhbərliyində istefa verən var
Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb
BAKI, 5 oktyabr — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib.
Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışıb.
Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olub. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilib.
A.Zeynalov Naxçıvan Ali Məclisinin III çağırışının 28 noyabr 2005-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib.
Azər Zeynalov 2010-cu il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olub. O, seçkiləri birinci tamamlamış və deputat seçilib. Naxçıvan Ali Məclisinin IV çağırışının 3 dekabr 2010-cu il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini seçilib.
Azər Zeynalov 2015-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilib. Naxçıvan Ali Məclisinin V çağırışının 17 noyabr 2015-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib.
O, 9 fevral 2020-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faizinin səsini toplayaraq deputat seçilmişdir.[4] Naxçıvan Ali Məclisinin VI çağırışının 22 fevral 2020-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir.