DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MN: Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını dəstəkləyir

© AP Photo / Craig RuttleTürkiyə bayrağı
Türkiyə bayrağı - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, onun ölkəsi “iki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanındadır.
BAKI, 5 oktyabr - Sputnik. Türkiyə Qafqaz regionunun sabitliyi naminə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması səylərini dəstəkləyir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
O qeyd edib ki, ölkəsi “iki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanındadır.
Xəbər lenti
0