Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransanın Ermənistana dəstəyi Cənubi Qafqazdakı vəziyyətə necə təsir edə bilər?

© AFP 2024 / FRANCOIS NASCIMBENIAMX 10 RC
AMX 10 RC  - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Politoloq bildirib ki, Fransanın bəlli mövqeyi Ermənistana dəstəyi ifadə etsə də, bölgədə vəziyyəti dəyişdirmək iqtidarında deyil.
BAKI, 5 oktyabr — Sputnik. Fransa XİN rəhbəri Ketrin Kolonnanın Ermənistana səfəri və mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən kəskin qarşılanıb.
Azərbaycan XİN bildirib ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir.
Sputnik Azərbaycan Fransa XİN rəhbərinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərlə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycanın qələbəsini bir sıra dövlətlər həzm edə bilmir və bunlardan biri də Fransadır:
"Azərbaycanın qələbəsi Fransanı bu regiondan əldə etdiyi mənfəətlərdən məhrum etdi. Qarabağın hesabına onlar çox işlər görürdülər. Amma 44 günlük müharibədən sonra da pis niyyətlərindən əl çəkmədilər və regiona müşahidəçi adı altında Azərbaycan-Ermənistan şərti sərhədinə jandarm qüvvələrinin əməkdaşlarını cəlb etdilər. Onların məqsədi nə olursa-olsun, hansısa adla yenidən regionda mövcud olmaq idi. Fransa və Qərbin bu regionda maraqları olan digər ölkələri Ermənistandan istifadə edərək öz müstəmləkəçilik siyasətlərini həyata keçirmək istəyirlər".
© SputnikArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Arzu Nağıyev
Millət vəkili qeyd edib ki, mövcud Ermənistan iqtidarının anti-Rusiya siyasəti də Fransanın işinə yarayır və bu vəziyyətdən istifadə etməyə çalışırlar:
"Fransa baxmayaraq ki, bizim sərhədlərdən çox uzaqda yerləşir, amma Türkiyə-Ermənistan münasibətlərinin normallaşma meyllərinə də qısqanclıqla yanaşır. Ermənistanın anti-Rusiya siyasətinə baxmayaraq Şimal qonşumuzun regionu tərk edəcəyi sual altındadır. Hazırkı şəraitdə Fransa özünü çətin duruma salıb".

"Fransa Ermənistana hərbi texnika verəcəyini açıqlamaqla bütün region ölkələrinə mesaj verir. Onlar da yaxşı başa düşür ki, bu siyasi gərginliyə səbəb olacaq. Daima sülhdən, insan haqlarından danışan Fransanın niyyəti Ermənistana kömək etmək deyil. Fransa regionda öz qəbuledilməz siyasətini reallaşdırmaq istəyir. Azərbaycan Fransanın bütün addımlarına adekvat cavab verməyə hazırdır", - deyə millət vəkili qeyd edib.

Politoloq Elşən Manafov isə bildirib ki, Fransanın mövqeyi Aİ-nin münaqişə edən tərəflərə silah satışını qadağan edən embarqosunun kobud şəkildə pozulmasıdır:
"Əgər Fransa Ermənistanı silahlandırma istiqamətində addımlar atacaqsa, bu zaman Aİ daxilindəki Azərbaycanla xoş münasibətləri olan ölkələrin də ölkəmizə silah satmaq imkanları yaranmış olacaq. Güman edirəm ki, Azərbaycan tərəfi yaranmış bu imkandan istifadə etməyə çalışacaq. Digər tərəfdən Fransanın mövqeyində bizim üçün anlaşılmaz heç nə yoxdur. Fransanın Ermənistanla münasibətləri "bacı dövlətlər" kontekstində qurub. Fransa münaqişənin mövcud olduğu 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib".
Politoloq qeyd edib ki, Makronun iqtidarı dövründə Fransanın ermənipərəst siyasəti daha da güclənib:

"Fransanın Azərbaycana qarşı sərgilədiyi mövqe bu ölkənin bölgədə olan maraqları baxımından anlaşılan deyil. Yaxşı olardı ki, fransız siyasətçilər öz siyasətlərini Fransanın bölgədəki maraqlarından çıxış edərək qursunlar".

Elşən Manafov vurğulayıb ki, Fransanın mövqeyində təəccüblü bir şey yoxdur: "Fransa Senatı da beynəlxalq hüququ pozan addımlar atıb. Bu Fransa tərəfinin atdığı ən ciddi səhv addımlardan biri idi. Məhz bu addımlar Azərbaycanda narazılıqlar doğurdu. Düşünürəm ki, Azərbaycan dövləti də Fransa ilə münasibətləri özünün təhlükəsizlik və geosiyasi maraqlarına uyğunlaşdırmaq üçün addımlar atacaq. İstər BMT Təhlükəsizlik Şurasında, istərsə də Aİ-də gedən müzakirələrdə Azərbaycana münasibətdə qərəzli nəticəyə nail olunmadı. Bu həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolla əlaqələndirilə bilər. Azərbaycan diplomatik manevr imkanlarını özündə saxlayır və bundan yetərincə istifadə edir".
"Fransanın bəlli mövqeyi Ermənistana dəstəyi ifadə etsə də, bölgədə vəziyyəti dəyişdirmək iqtidarında deyil. Ermənistanın Rusiya ilə münasibətlərinin kəskinləşməsi fonunda belə bir fikir səsləndirməyə əsas verir ki, bu gün Cənubi Qafqazda yeganə təsir imkanları olan Rusiyadır. Rusiya ilə razılaşdırmadan bölgədə geosiyasi reallıqları dəyişdirmək çətin məsələdir. Ermənistan nəzərə almalıdır ki, bölgəyə Qərbin müdaxiləsinə razı olmayan və buna müqavimət göstərən təkcə Rusiya və İran deyil. Elə Azərbaycan prezidentinin xalqa sonuncu müraciətində Qərbə belə bir mesaj verildi ki, bölgədə sabitlik və sülhün qorunmasını istəyirlərsə, yaxşı olar ki, proseslərə müdaxilə etməsinlər. Bu baxımdan bölgə dövlətlərinin "3+3" formatında əməkdaşlığının inkişaf etdiriləcəyini istisna etmirik", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0