https://sputnik.az/20231005/elektron-reseptler-ne-vaxt-hazir-olacaq-tebb-aciqladi-459312868.html
Elektron reseptlər nə vaxt hazır olacaq? TƏBİB açıqladı
Elektron reseptlər nə vaxt hazır olacaq? TƏBİB açıqladı
Sputnik Azərbaycan
Araz Nəsirov bildirib ki, aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T21:47+0400
2023-10-05T21:47+0400
2023-10-05T21:47+0400
resept
səhiyyə
elektron
təbib
https://cdnn1.img.sputnik.az/img/40316/59/403165986_0:86:1801:1099_1920x0_80_0_0_e48815779fb8ca4b2a83a5370deafb5d.jpg
BAKI, 5 oktyabr — Sputnik. "Elektron reseptlər gələn ilin əvvəlində hazır olacaq". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib. Onun sözlərinə görə, dövlət xəstəxanalarına dövlət büdcəsindən ayrılan vəsait 8 milyon manatdan 2.3 milyard manata yüksəldilib. Bu məbləğ çox görünsə belə, səhiyyə xərclərinin 50 faizinin altındadır: "Səhiyyə xərclərimiz təxminən 4 milyard manata qədərdir. Bunun böyük hissəsi vətəndaşların öz cibindən dərman vasitələrinə ödədiyi vəsaitdir. Yəni, vətəndaşlar dərman üçün təxminən 1 milyard manata yaxın vəsait ödəyirlər. Ölkədə qeydiyyatda olan bütün dərmanlar stasionar şəkildə vətəndaşlara verilir. Yaxşı olardı ki, ambulator şəraitdə də dərmanlara əlçatanlıq olsun. Yaxın gələcəkdə bunun təmin edilməsi nəzərdə tutulur. Aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür. Nəticədə tələb 2-3 qat artmış olacaq. Dərman sahəsində ölkədən kənara asılılıq var. Bunun da qarşısı alınmış olacaq. Eyni zamanda, biz beynəlxalq dərman istehsalçılarını ölkəyə dəvət edirik". O vurğulayıb ki, elektron resept də demək olar hazırdır: "Hər bir qurum bu sahədə hazırlıq işləri görür. Hesab edirəm ki, gələn ilin əvvəlində bunun şahidi olacaq, səhiyyənin ən böyük əskik hissəsi həll olunmuş olacaq". Direktor müavini əlavə edib ki, hazırda xəstəxanalarda əczaçılar üçün 100-ə yaxın ştat açılıb. Mərkəzi qaydada onların işə götürülməsi həyata keçirilir. Elektron resept nədir? Xatırladaq ki, "Dərman vasitələri haqqında" qanuna dəyişikliklə dərman preparatlarının dövriyyəsinə nəzarətin elektron formaya salınması nəzərdə tutulub. Elektron reseptin tətbiqi xəstəyə yazılan dərmanların elektron formada izlənməsinə imkan yaradacaq. Bu da gələcəkdə müalicə prosesində həkimin pasiyentə yazacağı dərmanların dozalarının hansı həddə müəyyən olunmasına və sair məsələlərə kömək edəcək. Resept xəstənin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur. Reseptdə düzəlişin edilməsinə zərurət yarandıqda həmin resept elektron sistemdə nüsxəsi saxlanılmaqla ləğv edilir və yeni resept yazılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40316/59/403165986_110:0:1689:1184_1920x0_80_0_0_dced66c188136b5884afb1ae897089ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
resept, elektron, təbib
Elektron reseptlər nə vaxt hazır olacaq? TƏBİB açıqladı
Araz Nəsirov bildirib ki, aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür.
BAKI, 5 oktyabr — Sputnik. "Elektron reseptlər gələn ilin əvvəlində hazır olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib.
Onun sözlərinə görə, dövlət xəstəxanalarına dövlət büdcəsindən ayrılan vəsait 8 milyon manatdan 2.3 milyard manata yüksəldilib. Bu məbləğ çox görünsə belə, səhiyyə xərclərinin 50 faizinin altındadır:
"Səhiyyə xərclərimiz təxminən 4 milyard manata qədərdir. Bunun böyük hissəsi vətəndaşların öz cibindən dərman vasitələrinə ödədiyi vəsaitdir. Yəni, vətəndaşlar dərman üçün təxminən 1 milyard manata yaxın vəsait ödəyirlər. Ölkədə qeydiyyatda olan bütün dərmanlar stasionar şəkildə vətəndaşlara verilir. Yaxşı olardı ki, ambulator şəraitdə də dərmanlara əlçatanlıq olsun. Yaxın gələcəkdə bunun təmin edilməsi nəzərdə tutulur. Aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür. Nəticədə tələb 2-3 qat artmış olacaq. Dərman sahəsində ölkədən kənara asılılıq var. Bunun da qarşısı alınmış olacaq. Eyni zamanda, biz beynəlxalq dərman istehsalçılarını ölkəyə dəvət edirik".
O vurğulayıb ki, elektron resept də demək olar hazırdır: "Hər bir qurum bu sahədə hazırlıq işləri görür. Hesab edirəm ki, gələn ilin əvvəlində bunun şahidi olacaq, səhiyyənin ən böyük əskik hissəsi həll olunmuş olacaq".
Direktor müavini əlavə edib ki, hazırda xəstəxanalarda əczaçılar üçün 100-ə yaxın ştat açılıb. Mərkəzi qaydada onların işə götürülməsi həyata keçirilir.
Xatırladaq ki, "Dərman vasitələri haqqında" qanuna dəyişikliklə dərman preparatlarının dövriyyəsinə nəzarətin elektron formaya salınması nəzərdə tutulub. Elektron reseptin tətbiqi xəstəyə yazılan dərmanların elektron formada izlənməsinə imkan yaradacaq. Bu da gələcəkdə müalicə prosesində həkimin pasiyentə yazacağı dərmanların dozalarının hansı həddə müəyyən olunmasına və sair məsələlərə kömək edəcək.
Resept xəstənin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur. Reseptdə düzəlişin edilməsinə zərurət yarandıqda həmin resept elektron sistemdə nüsxəsi saxlanılmaqla ləğv edilir və yeni resept yazılır.