https://sputnik.az/20231005/dovlet-xidmetinin-sobe-reisinin-cinayet-isi-uzre-mehkeme-istintaqi-basa-catib-459307030.html
Dövlət Xidmətinin şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
Dövlət Xidmətinin şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
Sputnik Azərbaycan
Sabiq hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T16:33+0400
2023-10-05T16:33+0400
2023-10-05T16:48+0400
dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460808239_0:440:2011:1571_1920x0_80_0_0_75be15ad7671ef366b29e5730c5a99de.jpg
BAKI, 5 oktyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İş üzrə toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Sabiq hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460808239_0:252:2011:1760_1920x0_80_0_0_b54a88a05724c9a68e3640ca1b86187b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət xidməti
Dövlət Xidmətinin şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
16:33 05.10.2023 (Yenilənib: 16:48 05.10.2023) Sabiq hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.
BAKI, 5 oktyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
İş üzrə toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Sabiq hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.