https://sputnik.az/20231005/bu-sexslere-pulsuz-dermanlar-verilecek-459313526.html
Bu şəxslərə pulsuz dərmanlar veriləcək
Bu şəxslərə pulsuz dərmanlar veriləcək
Sputnik Azərbaycan
TƏBİB rəsmisi bildirib ki, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T17:24+0400
2023-10-05T17:24+0400
2023-10-05T17:31+0400
dərman
səhiyyə
tibbi ərazi bölmələrini idarəetmə birliyi
təbib
pulsuz
https://cdnn1.img.sputnik.az/img/07e7/06/17/456212434_0:960:2049:2112_1920x0_80_0_0_05420486f6bed4c5b73947114d1ea742.jpg
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Elmin Quluyev deyib. Onun sözlərinə görə, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq. TƏBİB nümayəndəsi həmçinin bildirib ki, hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb: "Bu da keçən illə müqayisədə 60 dərman çoxdur". Qeyd edək ki, növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva ötən ay mətbuata açıqlamasında bildirib ki, ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir. Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/17/456212434_0:768:2049:2304_1920x0_80_0_0_46fd43f60649707a52003fa649d7b438.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, tibbi ərazi bölmələrini idarəetmə birliyi, təbib, pulsuz
dərman, tibbi ərazi bölmələrini idarəetmə birliyi, təbib, pulsuz
Bu şəxslərə pulsuz dərmanlar veriləcək
17:24 05.10.2023 (Yenilənib: 17:31 05.10.2023) TƏBİB rəsmisi bildirib ki, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Elmin Quluyev deyib.
Onun sözlərinə görə, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq.
TƏBİB nümayəndəsi həmçinin bildirib ki, hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb: "Bu da keçən illə müqayisədə 60 dərman çoxdur".
Qeyd edək ki, növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva ötən ay mətbuata açıqlamasında bildirib ki, ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir. Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək.