Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanla qonşu ölkədə koronavirusun yeni ştammı aşkarlandı

© AFP 2024 / STRKoronavirus testləri
Koronavirus testləri - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Virus üzərində aparılan son genetik araşdırmalar "Eris" variantının Qazaxıstana gəldiyini təsdiq edib.
BAKI, 5 oktyabr — Sputnik. Qazaxıstanda koronavirusun (COVİD-19) yeni "Eris" ştammı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, virus üzərində aparılan son genetik araşdırmalar "Eris" variantının Qazaxıstana gəldiyini təsdiq edib. Bu virusa yoluxan şəxslər yüngül və ya orta formada xəstəlik keçirir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vasif Əliyev bildirib ki, "COVID-19-un "EG.5.1." "Eris" virusu sürətli yayılma qabiliyyətinə malikdir. Onun sözlərinə görə, omikrondan daha yoluxucu olan yeni virusdan qorunmaq, digər variantlarla müqayisədə daha çətindir. O qeyd edib ki, "EG.5.1." koronovirusun alt tipidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un "EG.5.1." "Eris" virusu ilə bağlı xəbərdarlıq edib. COVID-19-un "Eris" virusu adlı yeni variantı İngiltərədə Arcturus-dan sonra ən çox yayılmış ikinci variant hesab olunur ki, bu da bütün infeksiyaların demək olar, yarısını təşkil edir.
"Eris"in Omicron variantı ilə genetik oxşarlıqları paylaşdığı düşünülür. Bu göstərir ki, "Eris" variantı "Omicron" ilə oxşar ötürücülük və immunitetdən yayınma qabiliyyətlərini nümayiş etdirə bilər.
Məlumat üçün onu da əlavə edək ki, 2022-ci ilin oktyabrında alimlər COVID-19-un "omikron" ştamının "kraken" adlı yeni variantını müəyyən ediblər. 2023-cü ildə EG.5 "eris", eləcə də BA.2.86 "pirola" variantı ortaya çıxıb.
Xəbər lenti
0