SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik - İran Ali Milli Təhlükəsizlik Şurası

© AFP 2024 / ATTA KENARETehrana mənzərə
Tehrana mənzərə - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Əli Əkbər Əhmədiyan İran və Azərbaycan liderlərinin bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəyinə diqqət çəkərək Tehranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
BAKI, 5 oktyabr — Sputnik. İran Qarabağ iqtisadi rayonunun Azərbaycan ərazisinin bir hissəsi kimi tanınması mövqeyinə sadiqdir.
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan hazırda Tehranda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi Xələf Xələfovla görüşündə bildirib.
Regiondakı vəziyyətə gəlincə, Ə.Ə.Əhmədiyan sülh, sabitlik və davamlı təhlükəsizliyin bərqərar olması üçün ölkələr arasında birgə səylərin və dialoqun vacibliyini qeyd edib. Bildirib ki, İran üçüncü tərəflərin regionun işlərinə qarışmasının əleyhinədir.
O, İran və Azərbaycan liderlərinin bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəyinə diqqət çəkərək Tehranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb (Report).
Xələf Xələfov - Sputnik Azərbaycan, 1920, 04.10.2023
SİYASƏT
İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İran prezidenti ilə nə danışıb?
Xəbər lenti
0