https://sputnik.az/20231005/azerbaycanin-elektron-su-xeritesi-hazirlanib-459312596.html
Azərbaycanın elektron su xəritəsi hazırlanıb
Azərbaycanın elektron su xəritəsi hazırlanıb
Sputnik Azərbaycan
Nazim İsmayılovun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T20:36+0400
2023-10-05T20:36+0400
2023-10-05T20:36+0400
su
azərbaycan xəbərləri
ekologiya
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330171_0:160:3073:1888_1920x0_80_0_0_dd8e73e8a184bbd465104780a9efbf2e.jpg
BAKI, 5 oktyabr — Sputnik. "Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir: "Belə ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkündür". Xatırladaq ki, azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"na həsr olunmuş konfransda "Böyük Qayıdışın ekoloji aspektləri" mövzusunda çıxışı zamanı bu barədə məlumat verərək bildirib ki, , "Qarabağın təbii ehtiyatlar atlası" tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330171_170:0:2901:2048_1920x0_80_0_0_bf902675d27cfcaccec6b3ea23c78898.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, ekologiya, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
su, ekologiya, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Azərbaycanın elektron su xəritəsi hazırlanıb
Nazim İsmayılovun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir.
BAKI, 5 oktyabr — Sputnik. "Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir: "Belə ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkündür".
Xatırladaq ki, azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"na həsr olunmuş konfransda "Böyük Qayıdışın ekoloji aspektləri" mövzusunda çıxışı zamanı bu barədə məlumat verərək bildirib ki, , "Qarabağın təbii ehtiyatlar atlası" tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.