https://sputnik.az/20231005/azerbaycanda-ferdi-ugurlara-imza-atmis-xanimlarla-bagli-podkastlar-hazirlanir-460264973.html
Azərbaycanda fərdi uğurlara imza atmış xanımlarla bağlı podkastlar hazırlanır
Azərbaycanda fərdi uğurlara imza atmış xanımlarla bağlı podkastlar hazırlanır
Sputnik Azərbaycan
Azərbaycanın məşhur xanımları keçməkeşli həyatlarını anladıblar
2023-10-05T12:05+0400
2023-10-05T12:05+0400
2023-11-04T16:33+0400
cəmiyyət
"qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası
layihə
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/04/460261623_0:160:3072:1888_1920x0_80_0_0_b14d386c39b04a9a43066a2fd4a75081.jpg
BAKI, 5 oktyabr - Sputnik. "Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsini həyata keçirir.Bu layihə çərçivəsində müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmuş, ictimai nüfuz qazanmış xanımlarla bağlı “Alfa söhbətləri” adı altında podkastlar hazırlanır.Podkastlarda xanımlar özləri haqqında indiyə qədər ictimaiyyətə bəlli olmayan tərəflərindən danışır, öz uğur hekayələrini bölüşür, müxtəlif hadisələrlə bağlı fikirlərini ifadə edirlər.Qeyd edək ki, həmin podkastlar müvafiq olaraq Youtube, Telegram, Facebook sosial platformalarında yayımlanacaq."Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsi müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/04/460261623_171:0:2902:2048_1920x0_80_0_0_a7c11f5880ab9a753da4357ed7d8bab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xanımlar karyera qurmaq keçməkeşli həyat
xanımlar karyera qurmaq keçməkeşli həyat
Azərbaycanda fərdi uğurlara imza atmış xanımlarla bağlı podkastlar hazırlanır
12:05 05.10.2023 (Yenilənib: 16:33 04.11.2023) Podkastlarda xanımlar özləri haqqında indiyə qədər ictimaiyyətə bəlli olmayan tərəflərindən danışır, öz uğur hekayələrini bölüşür, müxtəlif hadisələrlə bağlı fikirlərini ifadə edirlər.
BAKI, 5 oktyabr - Sputnik. "Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsini həyata keçirir.
Bu layihə çərçivəsində müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmuş, ictimai nüfuz qazanmış xanımlarla bağlı “Alfa söhbətləri” adı altında podkastlar hazırlanır.
Podkastlarda xanımlar özləri haqqında indiyə qədər ictimaiyyətə bəlli olmayan tərəflərindən danışır, öz uğur hekayələrini bölüşür, müxtəlif hadisələrlə bağlı fikirlərini ifadə edirlər.
Qeyd edək ki, həmin podkastlar müvafiq olaraq Youtube, Telegram, Facebook sosial platformalarında yayımlanacaq.
"Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsi müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.
Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.