https://sputnik.az/20231005/abs-cine-qarsi-asiyada-kesfiyyat-sebekelerini-genislendirir-459300723.html
ABŞ Çinə qarşı Asiyada kəşfiyyat şəbəkələrini genişləndirir
ABŞ Çinə qarşı Asiyada kəşfiyyat şəbəkələrini genişləndirir
Sputnik Azərbaycan
Yeni tərəfdaşlıq sazişləri ABŞ, Yaponiya və Cənubi Koreya, eləcə də ABŞ, Yaponiya və Filippin arasında üçtərəfli tərəfdaşlığı əhatə edir. 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T22:57+0400
2023-10-05T22:57+0400
2023-10-05T22:57+0400
abş
dünya xəbərləri
çin
çin xalq respublikasının sədri si tszinpin
si cinpin
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1f/424579093_0:184:2988:1865_1920x0_80_0_0_a1539ff501ec38ee66f5c457a5a20a31.jpg
BAKI, 5 oktyabr — Sputnik. ABŞ Çinə qarşı mübarizə aparmaq üçün Asiya ölkələri ilə kəşfiyyat əməkdaşlığını genişləndirir. Bu barədə "Bloomberg" xəbər verir. Adı açıqlanmayan mənbələr "Bloomberg"ə bildiriblər ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Asiyada tərəfdaşlıq sazişləri, o cümlədən "Quad" (ABŞ, Hindistan, Yaponiya və Avstraliyadan ibarət dördtərəfli təhlükəsizlik dialoqu – red.) ilə kəşfiyyat məlumatlarının bölüşdürülməsi mexanizmi işləyib hazırlayıb. Yeni tərəfdaşlıq sazişləri ABŞ, Yaponiya və Cənubi Koreya, eləcə də ABŞ, Yaponiya və Filippin arasında üçtərəfli tərəfdaşlığı əhatə edir. Bundan əlavə, Yaponiya, Hindistan və Vyetnam ilə ikitərəfli informasiya mübadiləsinin gücləndirilməsi nəzərdə tutulur. "Bloomberg"in məlumatına görə, bu tədbirlər Çinin kəşfiyyat xidmətinin artan gücünü azaltmaq məqsədi daşıyır. Pekin və Vaşinqton arasında münasibətlər hətta Çinlə "ticarət müharibəsi"nə başlayan prezident Donald Trampın administrasiyası dövründə də xeyli soyuyub. Co Baydenin gəlişi ilə vəziyyət yaxşılaşmayıbı, əksinə daha da pisləşyib. Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosinin Tayvana səfəri və ABŞ-ın hava məkanında Çin hava şarını məhv etməsi diplomatik qarşıdurmanın yeni mərhələsi və Çinin ABŞ ilə bir sıra sahələrdə, o cümlədən müdafiə idarələri vasitəsilə əməkdaşlığı boykot etməsinə gətirib çıxarıb. Son zamanlar münasibətlərin normallaşması üçün bir sıra addımlar atılıb, xüsusən də ABŞ administrasiyasının bir sıra nümayəndələri Çinə səfər edib, lakin Baydenlə Çin prezidenti Si Cinpin arasında birbaşa danışıqlar hələ də baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1f/424579093_129:0:2860:2048_1920x0_80_0_0_afd7edc4ed27c90f7301c35ca027dc7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, çin, çin xalq respublikasının sədri si tszinpin, si cinpin
abş, çin, çin xalq respublikasının sədri si tszinpin, si cinpin
ABŞ Çinə qarşı Asiyada kəşfiyyat şəbəkələrini genişləndirir
Yeni tərəfdaşlıq sazişləri ABŞ, Yaponiya və Cənubi Koreya, eləcə də ABŞ, Yaponiya və Filippin arasında üçtərəfli tərəfdaşlığı əhatə edir.
BAKI, 5 oktyabr — Sputnik. ABŞ Çinə qarşı mübarizə aparmaq üçün Asiya ölkələri ilə kəşfiyyat əməkdaşlığını genişləndirir. Bu barədə "Bloomberg" xəbər verir.
Adı açıqlanmayan mənbələr "Bloomberg"ə bildiriblər ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Asiyada tərəfdaşlıq sazişləri, o cümlədən "Quad" (ABŞ, Hindistan, Yaponiya və Avstraliyadan ibarət dördtərəfli təhlükəsizlik dialoqu – red.) ilə kəşfiyyat məlumatlarının bölüşdürülməsi mexanizmi işləyib hazırlayıb.
Yeni tərəfdaşlıq sazişləri ABŞ, Yaponiya və Cənubi Koreya, eləcə də ABŞ, Yaponiya və Filippin arasında üçtərəfli tərəfdaşlığı əhatə edir. Bundan əlavə, Yaponiya, Hindistan və Vyetnam ilə ikitərəfli informasiya mübadiləsinin gücləndirilməsi nəzərdə tutulur.
"Bloomberg"in məlumatına görə, bu tədbirlər Çinin kəşfiyyat xidmətinin artan gücünü azaltmaq məqsədi daşıyır.
Pekin və Vaşinqton arasında münasibətlər hətta Çinlə "ticarət müharibəsi"nə başlayan prezident Donald Trampın administrasiyası dövründə də xeyli soyuyub. Co Baydenin gəlişi ilə vəziyyət yaxşılaşmayıbı, əksinə daha da pisləşyib. Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosinin Tayvana səfəri və ABŞ-ın hava məkanında Çin hava şarını məhv etməsi diplomatik qarşıdurmanın yeni mərhələsi və Çinin ABŞ ilə bir sıra sahələrdə, o cümlədən müdafiə idarələri vasitəsilə əməkdaşlığı boykot etməsinə gətirib çıxarıb. Son zamanlar münasibətlərin normallaşması üçün bir sıra addımlar atılıb, xüsusən də ABŞ administrasiyasının bir sıra nümayəndələri Çinə səfər edib, lakin Baydenlə Çin prezidenti Si Cinpin arasında birbaşa danışıqlar hələ də baş tutmayıb.