https://sputnik.az/20231005/a-de-istehsal-guclerinin-yuklenmemesi-udm-artimini-lengidir-problemi-nece-hell-etmeli-459320681.html
Aİİ-də istehsal güclərinin yüklənməməsi ÜDM artımını ləngidir: Problemi necə həll etməli
Aİİ-də istehsal güclərinin yüklənməməsi ÜDM artımını ləngidir: Problemi necə həll etməli
Sputnik Azərbaycan
Hətta Aİİ-nin böyük iqtisadiyyatlarında - Rusiya və Qazaxıstanda sənaye müəssisələrinin yükü müvafiq olaraq cəmi 81% və 54% təşkil edir. Mütəxəssislər bu... 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T20:55+0400
2023-10-05T20:55+0400
2023-10-05T20:55+0400
iqtisadiyyat
aii
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473568_0:168:3046:1881_1920x0_80_0_0_7a879bf07a834904c3f73dec2765814b.jpg
BAKI, 5 sentyabr - Sputnik. Hazırda Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələrdə iqtisadi artımı məhdudlaşdıran problemlərdən biri də istehsal güclərindən tam yüklənməməsidir. Belə ki, Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatına əsasən, ittifaqa olan üzv dövlətlərdə tam yüklənməmiş istehsal güclərinin istifadəsi və onların yüksək keyfiyyətli texnoloji yenilənməsi ilə bağlı əhəmiyyətli inkişaf potensialı mövcuddur. Hətta Aİİ-nin böyük iqtisadiyyatlarında - Rusiya və Qazaxıstanda sənaye müəssisələrinin yükü müvafiq olaraq 81% və 54% təşkil edir. AİK-in qiymətləndirməsinə görə, emal sənayesində istehsal güclərindən istifadənin orta səviyyəsinin 10% artması milli iqtisadiyyatların strukturundan asılı olaraq iştirakçı ölkələrdə sənaye istehsalının artım tempinin 6-15 faiz bəndi artmasına səbəb ola bilər. Həqiqətən də, Aİİ ölkələrində istehsal güclərinin kifayət qədər yüklənməməsi sənaye istehsalı göstəricilərini əhəmiyyətli dərəcədə azaldır, bu da öz növbəsində ölkələrin gəlirlərini, ixrac imkanlarını azaldır və ittifaq məkanında işsizliyin artmasına səbəb olur. Daxili istehlak bazarını inkişaf etdirmək lazımdır Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, istehsal güclərinin kifayət qədər yüklənməməsi məsələsini daxili istehlakı genişləndirməklə həll etmək olar. "Aİİ ölkələri daha çox ixrac tədarükünə yönəlib. Buna görə də bu ölkələrin iqtisadiyyatlarının artım templəri, daxili istehlakın artım templəri, milli valyutaların sabitliyi - bütün bunlar dünya ticarətinin vəziyyəti, dünya qiymətlərinin, ilk növbədə, müxtəlif növ resursların qiymətlərin hansı səviyyədə olması ilə əlaqədardır", - deyə Koltaşov Sputnik Azərbaycan-a bildirib. İqtisadçı hesab edir ki, bu ciddi problemdir, onun həlli daxili istehlakı genişləndirməkdir. Ekspert qeyd edib ki, bunun üçün milli valyutalarla bağlı siyasəti dəyişmək lazımdır. "Yəni, bu, valyuta məzənnələrinin aşağı salınması siyasətindən imtina və davamlı məzənnə siyasətinə keçiddir. Əgər Rusiyadan danışırıqsa, bu o deməkdir ki, rublun süni şəkildə zəiflədilməsini dayandırmaq lazımdır, xüsusən də neftin qiymətinin artması fonunda məzənnəni daha rahat etmək gərəkir. Həm Rusiyada, həm də Aİİ ölkələrində baş verən bütün bu sonsuz devalvasiyalar istehlakın azalmasına gətirib çıxarmasın", - deyə Koltaşov hesab edir. Aİİ çərçivəsində istehlakı artırmaq vacibdir, lakin bu artım öz növbəsində bazarları qoruyacaq, yəni Aİİ-dəki milli istehsalçıların müdafiəsini təmin edəcək qarşılıqlı və xarici ticarətlə bağlı qaydalarla tamamlanmalıdır. Koltaşov qeyd edib ki, bazarlarda prosesləri aktivləşdirmək, istehsal güclərinin yüklənməsini artırmaq, istehsalı artırmaq və bazarların, xidmət sektorunun genişlənməsinə, məşğulluq vəziyyətinin yaxşılaşdırılmasına təkan vermək mümkün olacaq. Ekspert bunun həm nominal, həm də real gəlirin artmasına kömək edəcəyini də vurğulayıb. Sənaye istehsalını artırmaq üçün kapital axınını azaltmaq Koltaşovun sözlərinə görə, demək olar ki, bütün Aİİ ölkələrinin milli valyutalarının zəifliyi kapitalın daimi axını ilə izah olunur. "Keçən il Rusiyadan 220 milyard dollar kapital "qaçıb". Əgər kapitalın çıxarılmasına məhdudiyyət tədbirləri olsaydı, bu qədər çıxış olmazdı. Həmçinin Aİİ-nin digər ölkələrindən də axını dayandırmaq lazımdır", - deyə iqtisadçı bildirib. O hesab edir ki, pulların hərəkəti ilə bağlı qaydaları dəyişdirmək lazımdır, yəni bu, vəsaitlərin öz hüdudlarında qalmasına və milli bazarların və istehsalın inkişafına töhfə verməsinə ehtiyacı olan ölkələrdən pul çıxarmaq azadlığı prinsiplərindən imtina etməkdir. "Yəni, problem, əslində, Aİİ ölkələrinin neoliberal iqtisadi siyasətindədir. Çünki bu ölkələr ixracdan çox ciddi gəlir əldə etməklə çox vaxt bu gəliri saxlamırlar, onlar xaricə doğru gedirlər", - deyə Koltaşov qeyd edib. Ekspert qeyd edib ki, Rusiyada rublun zəifləməsi hazırda ixracdan əldə olunan gəlirin ixracatçı şirkətlər tərəfindən iqtisadiyyata qaytarılmaması, xaricdə qalması ilə əlaqədardır. Bu da öz növbəsində istehlakçılar arasında inflyasiya və stress yaradır ki, bu da istehlakın və daxili istehsalın genişlənməsinə kömək etmir. Koltaşov bildirib ki, oxşar vəziyyət demək olar ki, bütün Aİİ ölkələrində müşahidə olunur. İttifaq ölkələrinin iqtisadiyyatı daha sürətlə inkişaf edə bilərdi, milli valyutalar sabit olsaydı, bu ölkələr istehsal imkanlarından maksimum istifadə edə bilərdilər. "Bunun üçün iqtisadiyyatlarda həm giriş, həm də çıxış istiqamətində pul vəsaitlərinin hərəkətinə nəzarət etmək lazımdır. Bu ümumiyyətlə fərqli bir yanaşmadır və onu tətbiq etmək lazımdır ", - deyə Koltaşov fikrini yekunlaşdırıb. Region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir İqtisadiyyat, Menecment və Biznes İnstitutunun direktoru, professor Elşad Məmmədov hesab edir ki, istehsal güclərinin yüklənməməsi postsovet ölkələrinin milli iqtisadiyyatları üçün xarakterikdir. "Bu, SSRİ-nin dağılmasından sonra keçmiş sovet respublikaları arasında iqtisadi və təsərrüfat əlaqələrinin kəsilməsi kimi bir sıra problemlərlə əlaqədardır", - deyə Elşad Məmmədov Sputnik Azərbaycan-a bildirib. Bundan əlavə, iqtisadçı qeyd edib ki, bunlar həm də makroiqtisadi siyasətdə, xüsusən də pul-kredit komponentində mövcud olan istehsal güclərinin yüklənməməsinə səbəb olan problemlərdir. "Hesab edirəm ki, bu vəziyyətin aradan qaldırılması üçün ilk növbədə region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş müvafiq makroiqtisadi siyasətin işlənib hazırlanması lazımdır ki, iqtisadi artıma nail olmaq baxımından regional amil mühüm rol oynasın", - deyə Məmmədov qeyd edib. Çünki o əlavə edib ki, bir tərəfdən daha genişləndirilmiş satış bazarlarına ehtiyac var və bunun üçün iqtisadi inteqrasiya son dərəcə vacib görünür. Digər tərəfdən isə ekspert hesab edir ki, iqtisadiyyata qoyulan investisiyaların artmasına yönəldilməli olan daha səmərəli pul-kredit siyasəti hesabına əmək bölgüsünün dərinləşdirilməsi və istehsal güclərinin müvafiq yüklənməsi lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473568_158:0:2889:2048_1920x0_80_0_0_b42f2dcb41a47e1b4b61bf92c4170142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, avrasiya iqtisadi ittifaqı
aii, avrasiya iqtisadi ittifaqı
Aİİ-də istehsal güclərinin yüklənməməsi ÜDM artımını ləngidir: Problemi necə həll etməli
Hətta Aİİ-nin böyük iqtisadiyyatlarında - Rusiya və Qazaxıstanda sənaye müəssisələrinin yükü müvafiq olaraq cəmi 81% və 54% təşkil edir. Mütəxəssislər bu məsələnin necə həll ediləcəyi haqqında ətraflı danışıblar.
BAKI, 5 sentyabr - Sputnik. Hazırda Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələrdə iqtisadi artımı məhdudlaşdıran problemlərdən biri də istehsal güclərindən tam yüklənməməsidir. Belə ki, Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatına əsasən, ittifaqa olan üzv dövlətlərdə tam yüklənməmiş istehsal güclərinin istifadəsi və onların yüksək keyfiyyətli texnoloji yenilənməsi ilə bağlı əhəmiyyətli inkişaf potensialı mövcuddur.
Hətta Aİİ-nin böyük iqtisadiyyatlarında - Rusiya və Qazaxıstanda sənaye müəssisələrinin yükü müvafiq olaraq 81% və 54% təşkil edir.
AİK-in qiymətləndirməsinə görə, emal sənayesində istehsal güclərindən istifadənin orta səviyyəsinin 10% artması milli iqtisadiyyatların strukturundan asılı olaraq iştirakçı ölkələrdə sənaye istehsalının artım tempinin 6-15 faiz bəndi artmasına səbəb ola bilər.
Həqiqətən də, Aİİ ölkələrində istehsal güclərinin kifayət qədər yüklənməməsi sənaye istehsalı göstəricilərini əhəmiyyətli dərəcədə azaldır, bu da öz növbəsində ölkələrin gəlirlərini, ixrac imkanlarını azaldır və ittifaq məkanında işsizliyin artmasına səbəb olur.
Daxili istehlak bazarını inkişaf etdirmək lazımdır
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, istehsal güclərinin kifayət qədər yüklənməməsi məsələsini daxili istehlakı genişləndirməklə həll etmək olar.
"Aİİ ölkələri daha çox ixrac tədarükünə yönəlib. Buna görə də bu ölkələrin iqtisadiyyatlarının artım templəri, daxili istehlakın artım templəri, milli valyutaların sabitliyi - bütün bunlar dünya ticarətinin vəziyyəti, dünya qiymətlərinin, ilk növbədə, müxtəlif növ resursların qiymətlərin hansı səviyyədə olması ilə əlaqədardır", - deyə Koltaşov Sputnik Azərbaycan-a bildirib.
İqtisadçı hesab edir ki, bu ciddi problemdir, onun həlli daxili istehlakı genişləndirməkdir. Ekspert qeyd edib ki, bunun üçün milli valyutalarla bağlı siyasəti dəyişmək lazımdır.
"Yəni, bu, valyuta məzənnələrinin aşağı salınması siyasətindən imtina və davamlı məzənnə siyasətinə keçiddir. Əgər Rusiyadan danışırıqsa, bu o deməkdir ki, rublun süni şəkildə zəiflədilməsini dayandırmaq lazımdır, xüsusən də neftin qiymətinin artması fonunda məzənnəni daha rahat etmək gərəkir. Həm Rusiyada, həm də Aİİ ölkələrində baş verən bütün bu sonsuz devalvasiyalar istehlakın azalmasına gətirib çıxarmasın", - deyə Koltaşov hesab edir.
Aİİ çərçivəsində istehlakı artırmaq vacibdir, lakin bu artım öz növbəsində bazarları qoruyacaq, yəni Aİİ-dəki milli istehsalçıların müdafiəsini təmin edəcək qarşılıqlı və xarici ticarətlə bağlı qaydalarla tamamlanmalıdır.
Koltaşov qeyd edib ki, bazarlarda prosesləri aktivləşdirmək, istehsal güclərinin yüklənməsini artırmaq, istehsalı artırmaq və bazarların, xidmət sektorunun genişlənməsinə, məşğulluq vəziyyətinin yaxşılaşdırılmasına təkan vermək mümkün olacaq. Ekspert bunun həm nominal, həm də real gəlirin artmasına kömək edəcəyini də vurğulayıb.
Sənaye istehsalını artırmaq üçün kapital axınını azaltmaq
Koltaşovun sözlərinə görə, demək olar ki, bütün Aİİ ölkələrinin milli valyutalarının zəifliyi kapitalın daimi axını ilə izah olunur.
"Keçən il Rusiyadan 220 milyard dollar kapital "qaçıb". Əgər kapitalın çıxarılmasına məhdudiyyət tədbirləri olsaydı, bu qədər çıxış olmazdı. Həmçinin Aİİ-nin digər ölkələrindən də axını dayandırmaq lazımdır", - deyə iqtisadçı bildirib.
O hesab edir ki, pulların hərəkəti ilə bağlı qaydaları dəyişdirmək lazımdır, yəni bu, vəsaitlərin öz hüdudlarında qalmasına və milli bazarların və istehsalın inkişafına töhfə verməsinə ehtiyacı olan ölkələrdən pul çıxarmaq azadlığı prinsiplərindən imtina etməkdir.
"Yəni, problem, əslində, Aİİ ölkələrinin neoliberal iqtisadi siyasətindədir. Çünki bu ölkələr ixracdan çox ciddi gəlir əldə etməklə çox vaxt bu gəliri saxlamırlar, onlar xaricə doğru gedirlər", - deyə Koltaşov qeyd edib.
Ekspert qeyd edib ki, Rusiyada rublun zəifləməsi hazırda ixracdan əldə olunan gəlirin ixracatçı şirkətlər tərəfindən iqtisadiyyata qaytarılmaması, xaricdə qalması ilə əlaqədardır. Bu da öz növbəsində istehlakçılar arasında inflyasiya və stress yaradır ki, bu da istehlakın və daxili istehsalın genişlənməsinə kömək etmir.
Koltaşov bildirib ki, oxşar vəziyyət demək olar ki, bütün Aİİ ölkələrində müşahidə olunur. İttifaq ölkələrinin iqtisadiyyatı daha sürətlə inkişaf edə bilərdi, milli valyutalar sabit olsaydı, bu ölkələr istehsal imkanlarından maksimum istifadə edə bilərdilər.
"Bunun üçün iqtisadiyyatlarda həm giriş, həm də çıxış istiqamətində pul vəsaitlərinin hərəkətinə nəzarət etmək lazımdır. Bu ümumiyyətlə fərqli bir yanaşmadır və onu tətbiq etmək lazımdır ", - deyə Koltaşov fikrini yekunlaşdırıb.
Region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir
İqtisadiyyat, Menecment və Biznes İnstitutunun direktoru, professor Elşad Məmmədov hesab edir ki, istehsal güclərinin yüklənməməsi postsovet ölkələrinin milli iqtisadiyyatları üçün xarakterikdir.
"Bu, SSRİ-nin dağılmasından sonra keçmiş sovet respublikaları arasında iqtisadi və təsərrüfat əlaqələrinin kəsilməsi kimi bir sıra problemlərlə əlaqədardır", - deyə Elşad Məmmədov Sputnik Azərbaycan-a bildirib.
Bundan əlavə, iqtisadçı qeyd edib ki, bunlar həm də makroiqtisadi siyasətdə, xüsusən də pul-kredit komponentində mövcud olan istehsal güclərinin yüklənməməsinə səbəb olan problemlərdir.
"Hesab edirəm ki, bu vəziyyətin aradan qaldırılması üçün ilk növbədə region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş müvafiq makroiqtisadi siyasətin işlənib hazırlanması lazımdır ki, iqtisadi artıma nail olmaq baxımından regional amil mühüm rol oynasın", - deyə Məmmədov qeyd edib.
Çünki o əlavə edib ki, bir tərəfdən daha genişləndirilmiş satış bazarlarına ehtiyac var və bunun üçün iqtisadi inteqrasiya son dərəcə vacib görünür. Digər tərəfdən isə ekspert hesab edir ki, iqtisadiyyata qoyulan investisiyaların artmasına yönəldilməli olan daha səmərəli pul-kredit siyasəti hesabına əmək bölgüsünün dərinləşdirilməsi və istehsal güclərinin müvafiq yüklənməsi lazımdır.