Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib

© AR Ministry of DefenceXəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib
Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Xəzri-2023" birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HDQ-nin qərargahında keçirilən görüşdə "Xəzri-2023" təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
0