https://sputnik.az/20231004/turkiyede-dn-in-binasi-qarsisinda-terror-toreden-sexsin-kimliyi-melum-olub-459262271.html
Türkiyədə DİN-in binası qarşısında terror törədən şəxsin kimliyi məlum olub
Türkiyədə DİN-in binası qarşısında terror törədən şəxsin kimliyi məlum olub
Sputnik Azərbaycan
Terror aktını törədən digər şəxsin isə PKK üzvü Həsən Oğuz olduğu daha əvvəl müəyyən edilib. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T12:01+0400
2023-10-04T12:01+0400
2023-10-04T12:01+0400
türkiyə
dünya xəbərləri
pkk
terror
pkk terrorçusu
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/04/459262105_0:195:3072:1923_1920x0_80_0_0_468483e561842481e13dd51bf979452c.jpg
BAKI, 4 oktyabr — Sputnik. Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktını törədən kamikadzenin kimliyini müəyyən edilib. Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK üzvü Özkan Şahin olduğu müəyyən edilib. Terror aktını törədən digərinin PKK üzvü Həsən Oğuz da olduğu daha əvvəl müəyyən edilib. "Təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz, son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək"- , deyə məlumatda bildirilib. Xatırladaq ki, oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin paytaxtında baş verən terror hadisəsini pisləyib. XİN bu barədə X sosial şəbəkəsində paylaşım edib. Paylaşımda bildirilib: "Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik. Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/04/459262105_341:0:3072:2048_1920x0_80_0_0_2c4cee33610cd895380b54c5891cb083.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, pkk, terror, pkk terrorçusu
türkiyə, pkk, terror, pkk terrorçusu
Türkiyədə DİN-in binası qarşısında terror törədən şəxsin kimliyi məlum olub
Terror aktını törədən digər şəxsin isə PKK üzvü Həsən Oğuz olduğu daha əvvəl müəyyən edilib.
BAKI, 4 oktyabr — Sputnik. Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktını törədən kamikadzenin kimliyini müəyyən edilib.
Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK üzvü Özkan Şahin olduğu müəyyən edilib.
Terror aktını törədən digərinin PKK üzvü Həsən Oğuz da olduğu daha əvvəl müəyyən edilib.
"Təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz, son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək"- , deyə məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin paytaxtında baş verən terror hadisəsini pisləyib.
XİN bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda bildirilib: "Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik. Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik".