https://sputnik.az/20231004/set-uzvleri-azerbaycan-iqtisadiyyatina-ne-qeder-investisiya-qoyub-459272504.html
ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoyub?
ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoyub?
Sputnik Azərbaycan
Energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T19:50+0400
2023-10-04T19:50+0400
2023-10-04T19:50+0400
kasım-jomart tokayev
iqtisadiyyat
energetika nazirliyi
energetika naziri
energetika naziri pərviz şahbazov
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_0:41:1280:761_1920x0_80_0_0_c7569216eee1700faf8f2b73f67e2c02.jpg
BAKI, 4 oktyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov "Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY" tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda iştirak edib. Energetika Nazirliyindən bildiriblər ki, Forumda çıxış edən nazir Şanxay Əməkdaşlıq Təşkilatı çətiri altında qlobal enerji istehsalı və istehlakı strukturunda təsirli mövqeyi olan ölkələrin, zəngin neft - qaz yataqları, yaşıl enerji potensialı, mühüm qlobal enerji-nəqliyyat dəhlizləri, ixrac infrastrukturlarının mövcudluğunu enerji sektorunda çoxtərəfli formatda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib. Bu potensialın reallaşdırılması baxımından ŞƏT-in enerji strategiyasının hazırlanması ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsünün strateji əhəmiyyətindən bəhs edib. Energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın hazırkı geosiyasi mövqeyi və regionda daimi təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasəti təşkilatla yeni statusda əməkdaşlığa imkan yaradır: "Bu günlərdə dünya bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ŞƏT-in də əsas prioritetlərindən olan terrorizm, ekstremizm və separatizmə qarşı mübarizədə qətiyyətliliyinə və prinsipiallığına şahidlik etdi. Azərbaycanın suverenliyinin bərpa edilməsilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı." Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 45.8% artaraq 9 milyard dollardan çox olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17% təşkil edib. ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3.2 milyard dollar sərmayə yatırıb. Çıxışda ŞƏT ölkələri ilə ənənəvi və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq əlaqələrindən bəhs edilib. Çinlə 2 QVt gücündə yaşıl enerji layihələrinin həyata keçirilməsi, Pakistana "SOCAR Trading" vasitəsilə LNG tədarükü, Azərbaycanla Özbəkistanın energetika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, həmçinin SOCAR-la "Uzbekneftqaz"ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması, Qazaxıstan neftinin BTC ilə nəql olunması nümunələr kimi qeyd olunub. "BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcm 1.1 milyon tona çatdırılacaq"-deyə nazir əlavə edib. Qeyd edək ki, ŞƏT-in 1-ci Enerji Forumu qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_106:0:1174:801_1920x0_80_0_0_4f174ddf9ef504962fd7bca2696c708f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, energetika nazirliyi, energetika naziri, energetika naziri pərviz şahbazov, şanxay əməkdaşlıq təşkilatı
kasım-jomart tokayev, energetika nazirliyi, energetika naziri, energetika naziri pərviz şahbazov, şanxay əməkdaşlıq təşkilatı
ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoyub?
Energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.
BAKI, 4 oktyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov "Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY" tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda iştirak edib.
Energetika Nazirliyindən bildiriblər ki, Forumda çıxış edən nazir Şanxay Əməkdaşlıq Təşkilatı çətiri altında qlobal enerji istehsalı və istehlakı strukturunda təsirli mövqeyi olan ölkələrin, zəngin neft - qaz yataqları, yaşıl enerji potensialı, mühüm qlobal enerji-nəqliyyat dəhlizləri, ixrac infrastrukturlarının mövcudluğunu enerji sektorunda çoxtərəfli formatda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib. Bu potensialın reallaşdırılması baxımından ŞƏT-in enerji strategiyasının hazırlanması ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsünün strateji əhəmiyyətindən bəhs edib.
Energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın hazırkı geosiyasi mövqeyi və regionda daimi təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasəti təşkilatla yeni statusda əməkdaşlığa imkan yaradır: "Bu günlərdə dünya bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ŞƏT-in də əsas prioritetlərindən olan terrorizm, ekstremizm və separatizmə qarşı mübarizədə qətiyyətliliyinə və prinsipiallığına şahidlik etdi. Azərbaycanın suverenliyinin bərpa edilməsilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı."
Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 45.8% artaraq 9 milyard dollardan çox olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17% təşkil edib. ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3.2 milyard dollar sərmayə yatırıb.
Çıxışda ŞƏT ölkələri ilə ənənəvi və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq əlaqələrindən bəhs edilib. Çinlə 2 QVt gücündə yaşıl enerji layihələrinin həyata keçirilməsi, Pakistana "SOCAR Trading" vasitəsilə LNG tədarükü, Azərbaycanla Özbəkistanın energetika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, həmçinin SOCAR-la "Uzbekneftqaz"ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması, Qazaxıstan neftinin BTC ilə nəql olunması nümunələr kimi qeyd olunub.
"BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcm 1.1 milyon tona çatdırılacaq"-deyə nazir əlavə edib.
Qeyd edək ki, ŞƏT-in 1-ci Enerji Forumu qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub.