https://sputnik.az/20231004/regiondaki-birlik-ve-olkelerle-emekdasliq-a-ni-iqtisadi-cetinliklerden-nece-cixardi-459272161.html
Regiondakı birlik və ölkələrlə əməkdaşlıq Aİİ-ni iqtisadi çətinliklərdən necə çıxardı
Regiondakı birlik və ölkələrlə əməkdaşlıq Aİİ-ni iqtisadi çətinliklərdən necə çıxardı
Sputnik Azərbaycan
Aİİ-də ümumi bazarın olması və daxili investisiyaların artması dünyada baş verən geosiyasi dəyişikliklərin mənfi təsirini azaldıb. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T16:13+0400
2023-10-04T16:13+0400
2023-10-04T16:13+0400
aii
iqtisadiyyat
rusiya-asean sammiti
hindistan
çin
vyetnam
sinqapur
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473568_0:168:3046:1881_1920x0_80_0_0_7a879bf07a834904c3f73dec2765814b.jpg
BAKI, 4 oktyabr — Sputnik. Son üç il qlobal iqtisadiyyata bir çox çağırışlar, o cümlədən aşağı hasilat, sürətlənmiş qlobal inflyasiya və dəyişən geosiyasi şərtlər təqdim etdi. Bunun nəticəsidir ki, son illər dünyanın bir çox ölkələrində inflyasiya rekord həddə qalıb, ÜDM-in artım tempi isə istehsal və sahibkarlıq fəaliyyətinin səviyyəsinin aşağı düşməsi ilə paralel olaraq azalıb. Ölkələrin son illərin acı təcrübəsindən çıxardıqları əsas dərs xarici ticarətdə regionallaşmanın vacibliyi, regional assosiasiyalarla ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi və regionda iqtisadiyyatların inteqrasiyasını sürətləndirəcək layihələrin həyata keçirilməsi olub. Aİİ - ümumi bazar və investisiya artımı Doğrudan da, bu və ya digər iqtisadi ittifaqda birləşmiş ölkələr iqtisadi çətinliklərdən az-çox sakit çıxa biliblər. Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlətləri də istisna deyildi, burada ümumi bazarın olması və daxili investisiyaların artması geosiyasi dəyişikliklərin mənfi təsirini azaldıb. Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatına əsasən, regional inteqrasiya birlikləri, o cümlədən Aİİ çərçivəsində ticarət və maliyyə əməkdaşlığı son illər əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə Aİİ ölkələri arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 80,6 milyard dollar təşkil edib. Müsbət dinamika Qərbin Belarus və Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq ticarət axınlarının yenidən istiqamətləndirilməsinin, eləcə də bəzi sənaye sahələrində yerli istehsalın artmasının nəticəsi olub. Bundan əlavə, bu ilin birinci rübündə Aİİ ölkələrinə qarşılıqlı birbaşa investisiyalar bütün 2022-ci il səviyyəsinin 64,3%-ni təşkil edib. Bu artıma bəzi xarici şirkətlərin Rusiya Federasiyasından getməsi kömək edib - onları Aİİ investorları əvəz ediblər. Ümumilikdə, AİK-nin hesabatına əsasən, ümumi bazarın mövcudluğu Aİİ ölkələrinə dəyişən xarici şəraitə daha yaxşı uyğunlaşmağa kömək edib. Belə ki, mövcud geosiyasi şərait və Qərbin Rusiya və Belarusa qarşı sanksiyaları ilə əlaqədar olaraq, Aİİ çərçivəsində gömrük, tarif və digər məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib ki, bu da ittifaqın daxili bazarının fəaliyyətini və sənaye istehsalının artımını təmin etməyə imkan verib. Regional birliklər və ölkələrlə əməkdaşlıq İttifaqa üzv ölkələrlə əməkdaşlığı gücləndirməklə yanaşı, son bir neçə ildə Aİİ Avrasiya regionu ölkələri və regional iqtisadi assosiasiyalarla ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində də iş aparır. Bu tendensiya 2021-ci ildə Aİİ ölkələrinin liderləri tərəfindən Ali Avrasiya İqtisadi Şurasının iclasında təsdiq edilmiş beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsindən sonra təkan alıb. Belə ki, Aİİ dövlətlərinin rəhbərlərinin qərarına əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və BRİKS əməkdaşlığının inkişafı üçün prioritetlər müəyyən edilib. Bu qurumlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə ən yüksək səviyyədə məsləhətləşmələr aparılır, yeni mexanizmlər və ödəniş üsulları yaradılır, o cümlədən müqavilələr üzrə milli valyutaların tətbiqi genişləndirilir. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyası və Belarusa qarşı Qərb sanksiyalarının tətbiqindən sonra Avrasiya məkanı ölkələri, xüsusilə Cənub-Şərqi və Mərkəzi Asiya, eləcə də Qafqaz ölkələri hər iki ölkə üçün ixrac-idxal əməliyyatları üçün prioritet bazara çevrilib. Aİİ ölkələri (Ermənistan istisna olmaqla) ilə Azərbaycan arasında ticarət dövriyyəsinin göstəriciləri nəzərəçarpacaq dərəcədə artıb. O cümlədən, Azərbaycanın qeyri-neft məhsullarının ittifaq ölkələrinə ixracında ciddi artım müşahidə olunub. Aİİ-nin bəzi üzv ölkələri ilə ticarət əməliyyatlarına bir sıra xarici məhdudiyyətlərin tətbiqi, habelə 2022-ci ildə cavab olaraq görülən xüsusi iqtisadi tədbirlər nəqliyyat və logistika zəncirlərinin geniş miqyaslı yenidən qurulmasına və ticarət coğrafiyasının dəyişməsinə səbəb oldu. Nəticədə, Avrasiya İqtisadi Komissiyasının (AİK) məlumatına görə, Aİİ-nin ixracının payı Asiya ölkələri, xüsusən də Çin, Türkiyə və Hindistanda artıb. Regional assosiasiyalar və iqtisadiyyatlarla iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün Aİİ həm də ittifaq ölkələri və üçüncü tərəfdaşlar arasında azad ticarət coğrafiyasını fəal şəkildə genişləndirir. Aİİ-nin Vyetnam, Serbiya və Sinqapurla azad ticarət müqavilələri var. 2018-ci ildə isə Aİİ ilə Çin arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da gələcəkdə bu ölkə ilə azad ticarət zonasının yaradılmasına gətirib çıxara bilər. Bundan əlavə, İran, Misir, Monqolustan, Tailand və, həmçinin İndoneziya, BƏƏ və Hindistanla Aİİ üçün azad ticarət sazişinin bağlanması üçün danışıqlar aparılır. Bu cür sazişlərin mövcudluğu təkcə Aİİ ölkələrinin ixrac-idxal imkanlarını genişləndirməyəcək, həm də birlik və regional birliklər arasında inteqrasiya proseslərini sürətləndirəcək ki, bu da gələcəkdə böyük Avrasiya tərəfdaşlığının yaradılmasına gətirib çıxaracaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473568_158:0:2889:2048_1920x0_80_0_0_b42f2dcb41a47e1b4b61bf92c4170142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, rusiya-asean sammiti, hindistan, çin, vyetnam, sinqapur
aii, rusiya-asean sammiti, hindistan, çin, vyetnam, sinqapur
Regiondakı birlik və ölkələrlə əməkdaşlıq Aİİ-ni iqtisadi çətinliklərdən necə çıxardı
Aİİ-də ümumi bazarın olması və daxili investisiyaların artması dünyada baş verən geosiyasi dəyişikliklərin mənfi təsirini azaldıb.
BAKI, 4 oktyabr — Sputnik. Son üç il qlobal iqtisadiyyata bir çox çağırışlar, o cümlədən aşağı hasilat, sürətlənmiş qlobal inflyasiya və dəyişən geosiyasi şərtlər təqdim etdi. Bunun nəticəsidir ki, son illər dünyanın bir çox ölkələrində inflyasiya rekord həddə qalıb, ÜDM-in artım tempi isə istehsal və sahibkarlıq fəaliyyətinin səviyyəsinin aşağı düşməsi ilə paralel olaraq azalıb.
Ölkələrin son illərin acı təcrübəsindən çıxardıqları əsas dərs xarici ticarətdə regionallaşmanın vacibliyi, regional assosiasiyalarla ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi və regionda iqtisadiyyatların inteqrasiyasını sürətləndirəcək layihələrin həyata keçirilməsi olub.
Aİİ - ümumi bazar və investisiya artımı
Doğrudan da, bu və ya digər iqtisadi ittifaqda birləşmiş ölkələr iqtisadi çətinliklərdən az-çox sakit çıxa biliblər. Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlətləri də istisna deyildi, burada ümumi bazarın olması və daxili investisiyaların artması geosiyasi dəyişikliklərin mənfi təsirini azaldıb.
Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatına əsasən, regional inteqrasiya birlikləri, o cümlədən Aİİ çərçivəsində ticarət və maliyyə əməkdaşlığı son illər əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə Aİİ ölkələri arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 80,6 milyard dollar təşkil edib.
Müsbət dinamika Qərbin Belarus və Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq ticarət axınlarının yenidən istiqamətləndirilməsinin, eləcə də bəzi sənaye sahələrində yerli istehsalın artmasının nəticəsi olub.
Bundan əlavə, bu ilin birinci rübündə Aİİ ölkələrinə qarşılıqlı birbaşa investisiyalar bütün 2022-ci il səviyyəsinin 64,3%-ni təşkil edib. Bu artıma bəzi xarici şirkətlərin Rusiya Federasiyasından getməsi kömək edib - onları Aİİ investorları əvəz ediblər.
Ümumilikdə, AİK-nin hesabatına əsasən, ümumi bazarın mövcudluğu Aİİ ölkələrinə dəyişən xarici şəraitə daha yaxşı uyğunlaşmağa kömək edib. Belə ki, mövcud geosiyasi şərait və Qərbin Rusiya və Belarusa qarşı sanksiyaları ilə əlaqədar olaraq, Aİİ çərçivəsində gömrük, tarif və digər məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib ki, bu da ittifaqın daxili bazarının fəaliyyətini və sənaye istehsalının artımını təmin etməyə imkan verib.
Regional birliklər və ölkələrlə əməkdaşlıq
İttifaqa üzv ölkələrlə əməkdaşlığı gücləndirməklə yanaşı, son bir neçə ildə Aİİ Avrasiya regionu ölkələri və regional iqtisadi assosiasiyalarla ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində də iş aparır.
Bu tendensiya 2021-ci ildə Aİİ ölkələrinin liderləri tərəfindən Ali Avrasiya İqtisadi Şurasının iclasında təsdiq edilmiş beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsindən sonra təkan alıb. Belə ki, Aİİ dövlətlərinin rəhbərlərinin qərarına əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və BRİKS əməkdaşlığının inkişafı üçün prioritetlər müəyyən edilib.
Bu qurumlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə ən yüksək səviyyədə məsləhətləşmələr aparılır, yeni mexanizmlər və ödəniş üsulları yaradılır, o cümlədən müqavilələr üzrə milli valyutaların tətbiqi genişləndirilir.
Qeyd etmək lazımdır ki, Rusiya Federasiyası və Belarusa qarşı Qərb sanksiyalarının tətbiqindən sonra Avrasiya məkanı ölkələri, xüsusilə Cənub-Şərqi və Mərkəzi Asiya, eləcə də Qafqaz ölkələri hər iki ölkə üçün ixrac-idxal əməliyyatları üçün prioritet bazara çevrilib.
Aİİ ölkələri (Ermənistan istisna olmaqla) ilə Azərbaycan arasında ticarət dövriyyəsinin göstəriciləri nəzərəçarpacaq dərəcədə artıb. O cümlədən, Azərbaycanın qeyri-neft məhsullarının ittifaq ölkələrinə ixracında ciddi artım müşahidə olunub.
Aİİ-nin bəzi üzv ölkələri ilə ticarət əməliyyatlarına bir sıra xarici məhdudiyyətlərin tətbiqi, habelə 2022-ci ildə cavab olaraq görülən xüsusi iqtisadi tədbirlər nəqliyyat və logistika zəncirlərinin geniş miqyaslı yenidən qurulmasına və ticarət coğrafiyasının dəyişməsinə səbəb oldu. Nəticədə, Avrasiya İqtisadi Komissiyasının (AİK) məlumatına görə, Aİİ-nin ixracının payı Asiya ölkələri, xüsusən də Çin, Türkiyə və Hindistanda artıb.
Regional assosiasiyalar və iqtisadiyyatlarla iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün Aİİ həm də ittifaq ölkələri və üçüncü tərəfdaşlar arasında azad ticarət coğrafiyasını fəal şəkildə genişləndirir. Aİİ-nin Vyetnam, Serbiya və Sinqapurla azad ticarət müqavilələri var. 2018-ci ildə isə Aİİ ilə Çin arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da gələcəkdə bu ölkə ilə azad ticarət zonasının yaradılmasına gətirib çıxara bilər. Bundan əlavə, İran, Misir, Monqolustan, Tailand və, həmçinin İndoneziya, BƏƏ və Hindistanla Aİİ üçün azad ticarət sazişinin bağlanması üçün danışıqlar aparılır.
Bu cür sazişlərin mövcudluğu təkcə Aİİ ölkələrinin ixrac-idxal imkanlarını genişləndirməyəcək, həm də birlik və regional birliklər arasında inteqrasiya proseslərini sürətləndirəcək ki, bu da gələcəkdə böyük Avrasiya tərəfdaşlığının yaradılmasına gətirib çıxaracaq.