DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbi Avropada ukraynalılar arasında müalicəyə davamlı infeksiyalar artır

© AP Photo / Markus SchreiberUkraynalı qaçqınlar
Ukraynalı qaçqınlar - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
"FT" belə halların Qərbi Avropada Ukraynada hərbi əməliyyatların başladığı vaxtdan daha tez-tez baş verdiyini vurğulayıb.
BAKI, 4 oktyabr — Sputnik. Ukraynada münaqişənin güclənməsi Qərbi Avropada antibiotiklərə davamlı yoluxucu xəstəliklərin artmasına səbəb olub. Bu barədə Britaniyanın "The Financial Times" (FT) qəzeti bir sıra elmi nəşrləri təhlil edərək yazıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) hesabatına istinad edən nəşr bu ilin əvvəlində Almaniyadakı ABŞ hərbi xəstəxanasının həkimlərinin yaralı ukraynalı əsgərdə demək olar ki, bütün mövcud antibiotiklərə davamlı infeksiya aşkarladığını bildirib. "FT" belə halların Qərbi Avropada 2014-cü ildən, Ukraynada hərbi əməliyyatların başladığı vaxtdan daha tez-tez baş verdiyini vurğulayıb. Nəşr əlavə edib ki, yoluxanların əhəmiyyətli bir hissəsi ukraynalıdır.
"FT" qeyd edib ki, son aylarda ukraynalı hərbçilərin və mülki şəxslərin Avropada müalicə olunmaq üçün təxliyəsi fonunda Qərb ölkələrində bu cür infeksiyaların yeni halları qeydə alınmağa başlayıb. Bildirilir ki, xəstələrdən bəziləri Ukraynada sıxlıq olan xəstəxanalarda olarkən infeksiyaya yoluxublar. Nəşr vurğulayır ki, bəzi hallarda infeksiyalar yüz minlərlə ukraynalı qaçqını qəbul edən ölkələrdə yayılır.
Xəbər lenti
0