https://sputnik.az/20231004/prezident-xosbext-yusifzadenin-vefati-ile-bagli-nekroloq-imzalayib-459277813.html
Prezident Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
Sputnik Azərbaycan
Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T16:00+0400
2023-10-04T16:00+0400
2023-10-04T16:49+0400
cəmiyyət
xoşbəxt yusifzadə
socar-ın i vitse-prezidenti xoşbəxt yusifzadə
prezident ilham əliyev
mehriban əliyeva
nekroloq
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532696_0:112:1899:1180_1920x0_80_0_0_322b48429ad9b710502516398ff9aaca.jpg
BAKI, 4 oktyabr — Sputnik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar. Mətndə deyilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat edib. Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakı şəhərinin Pirşağı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil alıb. Xoşbəxt Yusifzadə 1960-cı ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə edib, 2005-ci ildə professor elmi adını alıb, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək "Dənizneft" Birliyində geoloji şöbə rəisinin müavini və "Azneft" İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki "Neft Daşları" Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963–1970-ci illərdə "Başdənizneft" İdarəsində şöbə rəisi, 1970–1992-ci illərdə isə "Xəzərdənizneft" Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti olub, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutub. Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri var. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilərək istismara verilib. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb edib. Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul vəzifələrdə çalışarkən öz təşkilatçılıq bacarığı ilə ahəngdar şəkildə birləşdirirdi. Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınıb. Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynayıb. Xoşbəxt Yusifzadənin apardığı tədqiqatların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapıb. Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirib, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğruldaraq, ona həmkarları arasında nüfuz qazandırıb. Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali mükafatları – "Heydər Əliyev", "İstiqlal", "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib, "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Eldar Əzizov Şahmar Mövsümov Fərəh Əliyeva Mikayıl Cabbarov Pərviz Şahbazov Emin Əmrullayev Rövşən Nəcəf İsa Həbibbəyli Akif Əlizadə İbrahim Quliyev".
https://sputnik.az/20231004/xosbext-yusifzade-vefat-edib-459259960.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532696_88:0:1811:1292_1920x0_80_0_0_30e8ba0f397821e17cfd5ceab83944cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xoşbəxt yusifzadə, socar-ın i vitse-prezidenti xoşbəxt yusifzadə, prezident ilham əliyev, mehriban əliyeva, nekroloq
xoşbəxt yusifzadə, socar-ın i vitse-prezidenti xoşbəxt yusifzadə, prezident ilham əliyev, mehriban əliyeva, nekroloq
Prezident Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
16:00 04.10.2023 (Yenilənib: 16:49 04.10.2023) Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
BAKI, 4 oktyabr — Sputnik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar.
"Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat edib.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakı şəhərinin Pirşağı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil alıb.
Xoşbəxt Yusifzadə 1960-cı ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə edib, 2005-ci ildə professor elmi adını alıb, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək "Dənizneft" Birliyində geoloji şöbə rəisinin müavini və "Azneft" İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki "Neft Daşları" Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963–1970-ci illərdə "Başdənizneft" İdarəsində şöbə rəisi, 1970–1992-ci illərdə isə "Xəzərdənizneft" Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti olub, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutub.
Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri var. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilərək istismara verilib. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb edib. Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul vəzifələrdə çalışarkən öz təşkilatçılıq bacarığı ilə ahəngdar şəkildə birləşdirirdi.
Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınıb. Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynayıb. Xoşbəxt Yusifzadənin apardığı tədqiqatların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapıb. Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirib, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğruldaraq, ona həmkarları arasında nüfuz qazandırıb.
Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali mükafatları – "Heydər Əliyev", "İstiqlal", "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib, "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.