Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Otuz il sonra Qazaxın bu kəndində uşaq bağçası fəaliyyətə başlayıb

© Official website of President of Azerbaijan Republicuşaq bağçası
uşaq bağçası  - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Məzəm kəndi Qazax rayonunun Ermənistan Respublikası ilə sərhəd xəttinə ən yaxın məsafədə yerləşən kəndidir.
BAKI, 4 oktyabr — Sputnik. Otuz il sonra Qazax rayonu Məzəm kəndində uşaq bağçası yenidən fəaliyyətə başlayıb.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qonaqlar yenidən fəaliyyətə başlamış uşaq bağçasının pedaqoji kollektivi və uşaqlarla görüşüblər. Bağçada aparılan quruculuq və təmir işləri ilə tanış olublar.
Qeyd edək ki, Məzəm kəndi Qazax rayonunun Ermənistan Respublikası ilə sərhəd xəttinə ən yaxın məsafədə yerləşən kəndidir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, elm və təhsil nazirinin 2023-cü il 26 iyul tarixli əmrinə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Məzəm kənd uşaq bağçası yaradılıb.
Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.
Xəbər lenti
0