https://sputnik.az/20231004/dovlet-xidmeti-ermenistan-ermenilerin-azerbaycan-cemiyyetine-reinteqrasiyasina-mane-olur-459263143.html
Dövlət Xidməti: Ermənistan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olur
Dövlət Xidməti: Ermənistan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olur
Sputnik Azərbaycan
Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv... 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T11:00+0400
2023-10-04T11:00+0400
2023-10-04T11:00+0400
ermənistan
azərbaycan xəbərləri
xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyi
cəmiyyətə reinteqrasiyası
https://cdnn1.img.sputnik.az/img/41258/11/412581102_0:126:3193:1922_1920x0_80_0_0_3610cb619fae0e80bf369da48d31df74.jpg
BAKI, 4 oktyabr — Sputnik. Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur. Bu barədə Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət Miqrasiya Xidməti erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalını istifadəyə verib. Portaldan hazırda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistana getmiş sakinlərin də istifadəsinə şərait yaradılıb. Bununla belə, qonşu ölkənin bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanılıb. Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub. Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində "AzStateNet" şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir. Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41258/11/412581102_230:0:2961:2048_1920x0_80_0_0_5dba00ea1300b4c045df82a0008734a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyi, cəmiyyətə reinteqrasiyası
ermənistan, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyi, cəmiyyətə reinteqrasiyası
Dövlət Xidməti: Ermənistan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olur
Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.
BAKI, 4 oktyabr — Sputnik. Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur.
Bu barədə Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Dövlət Miqrasiya Xidməti erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalını istifadəyə verib. Portaldan hazırda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistana getmiş sakinlərin də istifadəsinə şərait yaradılıb.
Bununla belə, qonşu ölkənin bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanılıb.
Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub.
Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində "AzStateNet" şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.