https://sputnik.az/20231004/bakida-go-green-adli-eko-sergi-acilib-459286289.html
Bakıda "Go Green" adlı eko-sərgi açılıb
Bakıda "Go Green" adlı eko-sərgi açılıb
Sputnik Azərbaycan
Sərgi ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltaraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T21:00+0400
2023-10-04T21:00+0400
2023-10-04T21:00+0400
kosmos
mədəniyyət
sərgi
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459216360_0:370:960:910_1920x0_80_0_0_4457eaafed9d4173efd44730a4361436.jpg
BAKI, 4 oktyabr — Sputnik. Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "NARGIS" jurnalının "Go Green" adlı IV eko-sərgisi açılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, sərgi ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltaraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir. "Go Green" layihəsi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin incəsənət vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Xatırladaq ki, oktyabrın 2-dən Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir. Ülviyyə Mahmudun rəhbərlik etdiyi "NARGIS" jurnalı sosial layihələrə böyük önəm verir. İctimaiyyətin diqqətini insan fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinə cəlb etmək və istehlak mədəniyyətinin formalaşmasına təsir göstərmək məqsədilə ardıcıl olaraq sərgilər təşkil edir. "Go Green" sərgisi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, "ASAN könüllüləri" və "Baku Bus" MMC-nin dəstəyi ilə təşkil olunub. Layiihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşması və inkişafına yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur. Sərgi Beynəlxalq Astronavtika Konqresindən sonra – oktyabrın 10-dan noyabrın 30-dək "Space13" incəsənət məkanında nümayiş olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459216360_0:280:960:1000_1920x0_80_0_0_4c6ee3d462d62b9604e90884e037be68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kosmos, sərgi
Bakıda "Go Green" adlı eko-sərgi açılıb
Sərgi ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltaraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir.
BAKI, 4 oktyabr — Sputnik. Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "NARGIS" jurnalının "Go Green" adlı IV eko-sərgisi açılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sərgi ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltaraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir.
"Go Green" layihəsi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin incəsənət vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Xatırladaq ki, oktyabrın 2-dən Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.
Ülviyyə Mahmudun rəhbərlik etdiyi "NARGIS" jurnalı sosial layihələrə böyük önəm verir. İctimaiyyətin diqqətini insan fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinə cəlb etmək və istehlak mədəniyyətinin formalaşmasına təsir göstərmək məqsədilə ardıcıl olaraq sərgilər təşkil edir.
"Go Green" sərgisi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, "ASAN könüllüləri" və "Baku Bus" MMC-nin dəstəyi ilə təşkil olunub. Layiihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşması və inkişafına yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur.
Sərgi Beynəlxalq Astronavtika Konqresindən sonra – oktyabrın 10-dan noyabrın 30-dək "Space13" incəsənət məkanında nümayiş olunacaq.