https://sputnik.az/20231004/asala-revanda-sinaqoqa-hucuma-gore-mesuliyyeti-oz-uzerine-goturub---vdeo-459267601.html
ASALA İrəvanda sinaqoqa hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO
ASALA İrəvanda sinaqoqa hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO
Sputnik Azərbaycan
ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum "İrəvandakı ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı"... 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T14:20+0400
2023-10-04T14:20+0400
2023-10-04T14:20+0400
irəvan
dünya xəbərləri
sinaqoq
asala
erməni terror təşkilatı asala
https://cdnn1.img.sputnik.az/img/40796/53/407965347_0:241:2985:1920_1920x0_80_0_0_bbd98a1cd10622e3aa716c4e1466c438.jpg
BAKI, 4 oktyabr — Sputnik. "Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatı İrəvandakı sinaqoqa qarşı vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb. Sinaqoqun üzərinə maye tökülüb və şüşələri sındırılıb. ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum "İrəvandakı ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" adlandırılıb. "Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim diqqət mərkəzimizdə olacaq", - terrorçu təşkilatın məlumatında deyilir. ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq. "Heç bir İsrail yəhudisi bu ölkələrə gedəndə özlərini təhlükəsizlikdə hiss etməyəcək", - deyə məlumatda qeyd olunub. Bu, erməni cəmiyyətində antisemitizmin daha bir əyani sübutu olmaqla, həmçinin, bu və ya digər etnik kimlik və dini etiqad mənsublarına qarşı tolerantlığın olmadığını göstərir. Xatırladaq ki, dünən İrəvanda naməlum şəxslər yahudi məbədi sinaqoqa qarşı vandallıq nümayiş etdiriblər. Onlar məbədin şüşələrini qırıb və divarlarına boya tökərək nalayiq sözlər yazıblar. (Trend.az).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/53/407965347_124:0:2855:2048_1920x0_80_0_0_63d078614708852714b73adf1beaa77f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
irəvan, sinaqoq, asala, erməni terror təşkilatı asala
irəvan, sinaqoq, asala, erməni terror təşkilatı asala
ASALA İrəvanda sinaqoqa hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO
ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum "İrəvandakı ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" adlandırılıb.
BAKI, 4 oktyabr — Sputnik. "Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatı İrəvandakı sinaqoqa qarşı vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Sinaqoqun üzərinə maye tökülüb və şüşələri sındırılıb.
ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum "İrəvandakı ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" adlandırılıb.
"Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim diqqət mərkəzimizdə olacaq", - terrorçu təşkilatın məlumatında deyilir.
ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq.
"Heç bir İsrail yəhudisi bu ölkələrə gedəndə özlərini təhlükəsizlikdə hiss etməyəcək", - deyə məlumatda qeyd olunub.
Bu, erməni cəmiyyətində antisemitizmin daha bir əyani sübutu olmaqla, həmçinin, bu və ya digər etnik kimlik və dini etiqad mənsublarına qarşı tolerantlığın olmadığını göstərir.
Xatırladaq ki, dünən İrəvanda naməlum şəxslər yahudi məbədi sinaqoqa qarşı vandallıq nümayiş etdiriblər.
Onlar məbədin şüşələrini qırıb və divarlarına boya tökərək nalayiq sözlər yazıblar. (Trend.az).