CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arıçılıq sahəsində son 50 ilin ən aşağı məhsuldarlığı qeydə alınıb - Video

© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Ötən il Kəlbəcər balı 40 manata təklif olunurdusa, bu il qiyməti 50 manat olub.
BAKI, 4 oktyabr — Sputnik. Bu gün Azərbaycanda balın qiyməti bahalaşıb. Bu barədə bu gün Bakıda fəaliyyətə başlayan arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında arıçılar Sputnik Azərbaycan-a məlumat verib. Bildiriblər ki, balın qiymətində 10 manat bahalaşma var.
© SputnikBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Bakıda bal yarmarkası
Kəlbəcərdə balın məhsuldarlığı aşağı olub
Arıçılar bunun səbəbini bu il əlverişsiz hava şəraitinə görə, məhsuldarlığın aşağı olması ilə izah ediblər. Yarmarkaya Kəlbəcər balı gətirən arıçı Şahin Orucov bildirib ki, ötən il Kəlbəcər, eləcə də işğaldan azad olunmuş bölgələrimizdə məhsuldarlıq yüksək olsa da, bu il havaların yağıntılı olması, dolu düşməsi arıçıların az məhsul götürməsinə səbəb olub.
O, yarmarkaya ötən il istehsal olunan Kəlbəcər balı gətirdiyini söyləyib. Bildirib ki, ötən il Kəlbəcər balı 40 manata təklif olunurdusa, bu il qiyməti 50 manat olub. Həmsöhbətimiz aşağı məhsuldarlığa görə daşınma xərclərini ancaq çıxartdıqlarını söyləyib.
Qiymət 40 manatdan 50 manata qalxıb
"Bu il Kəlbəcərdən çox aşağı məhsul götürdüm. Elə arıçılar olub ki, heç məhsul götürməyib" - deyə Şahin Orucov bildirib.
Arıçı Ədalət Xallanlı da söyləyib ki, Kəlbəcərdən bu il 95 arıya 320 kiloqram məhsul əldə edib: "Ötən il isə 60 arıya 1,5 ton bal götürmüşdük. Ona görə də qiymət bir qədər bahalaşıb".
Qeyd edək ki, yarmarkada Kəlbəcərin süzmə balı 40, şan balı isə 50 manata təklif olunurdu.
© SputnikBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Bakıda bal yarmarkası
Amma bu il aşağı məhsuldarlıq təkcə işğaldan azad edilmiş ərazilərdə olmayıb. Zaqatalada da balın məhsuldarlığı aşağı olub. Zaqatalalı arıçı Əhməd Murtuzov Sputnik Azərbaycan-a bildirib ki, balın 1 kiloqramınını 30 manata satır. O, bu il havaların yağıntılı olması səbəbindən məhsuldarlığın da aşağı olduğunu söyləyib.
"Məhsuldarlıq 50 faizdən aşağı olub"
Azərbaycan Arıçılar Assosasiyasının İdarə heyyətinin üzvü, qurumun mətbuat katibi Elvin Bayramov da bu il məsuldarlığın aşağı olduğunu söyləyib.
"Havaların yağışlı, küləkli, isti-soyuq, eləcə də gecə və gündüz temperatur fərqlinin olması arıların məhsuldarlığına təsir edib. Bəzi bölgələrdə 10-20 faiz olub. Ümumilikdə məhsuldarlıq 50 faizdən aşağı olub" - deyə E.Bayramov bildirib.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Bakıda bal yarmarkası
Onun sözlərinə görə, arıçılıq sahəsində bu il son 50 ilin ən aşağı məhsuldarlığı qeydə alınıb.
E.Bayramovun sözlərinə görə, arıçılıq elə sahədir ki, ona yatırım qoymaq lazımdır:
"Arıçıların büdcəsinə bu il xeyli ziyan dəydi. Yeşiklər, pətəklər yenilənməli, müəyyən dərmanlar alınmalıdır ki, məhsuldarlıq yüksək olsun. Bu il balın qiymətində 5-10 manat civarında bahalaşma qeydə alındı. Ötən il 1 ton bal süzən arıçı bu il 500 kq bal süzüb. Bu pulla arıçı həm ailəsini təmin etməli, həmçinin də arıçılığa yatırım etməlidir" .
Yarmarkada satılan ballar keyfiyyətlidirmi?
Assossasiya sözçüsü onu da əlavə edib ki, bu il işğaldan azad olunmuş ərazilərdə də məhsuldarlıq aşağı olduğundan, ümimi məhsuldarlığa təsir edib. İşğaldan azad olunmuş torpaqlarda - Qarabağ zonasında məhsuldarlıq 5-10 faiz arasında olub.
O, yarmarkaya çıxarılmış balın keyfiyyətinə zəmanət verildiyini bildirib. Deyib ki, bəzi arıçılar balın keyfiyyətli olduğunu desələr də, yarmarkada satılan balların keyfiyyətinə dövlət zəmanət verir. Yarmarkaya çıxarılmış bütün ballar yoxlanılır. Ona görə də, alıcılar yarmarkada satılan balın keyfiyyətindən arxayın ola bilərlər.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Bakıda bal yarmarkası
Bal almağa 18 gün vaxtınız qalıb
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarmarka 2-22 oktyabr tarixlərinədək davam edəcək.
Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 95 tondan çoxdur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Bakıda bal yarmarkası
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir.
Yarmarkada iştirak üçün hər bir arıçıya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilir.
Xəbər lenti
0