DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Rusiyanın Su-35-nin Ukraynanın istənilən təyyarəsindən üstün olduğunu bəyan edib

© SputnikSu-35
Su-35 - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Son aylarda Rusiya ordusu öz aviasiyasının imkanlarından daha fəal istifadə etməyə başlayıb.
BAKI, 4 oktyabr — Sputnik. Rusiyanın Su-35 qırıcısı Ukrayna Silahlı Qüvvələrinə məxsus hər hansı bir təyyarədən üstündür.
Almaniyanın "Welt" telekanalında çıxış edən müxbir Quido Şmidtke bu fikri bildirib.
Onun sözlərinə görə, qırıcı təyyarə xüsusi hərbi əməliyyat zonasında yüksək effektivlik nümayiş etdirərək Rusiya Silahlı Qüvvələrinə havada üstünlük verib.
Quido Şmidtke, həmçinin qeyd edib ki, son aylarda Rusiya ordusu öz aviasiyasının imkanlarından daha fəal istifadə etməyə başlayıb. Müxbirin sözlərinə görə, düşmən qüvvələri "küncə sıxışdırılır".
Bir müddət əvvəl Britaniya Hərbi Hava Qüvvələrinin istefada olan vitse-marşalı Şon Bell açıqlama vermişdi ki, Rusiya Aerokosmik Qüvvələrinin Su-35 qırıcıları və Ka-52 hücum helikopterləri Ukrayna qırıcıları üçün həlledilməz problemə çevriliblər.
Xəbər lenti
0