https://sputnik.az/20231003/usaq-oyuncaqlarinin-tehlukesizliyine-dair-dovlet-standarti-qebul-edilib-459225781.html
Uşaq oyuncaqlarının təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib
Uşaq oyuncaqlarının təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib
Sputnik Azərbaycan
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T12:00+0400
2023-10-03T12:00+0400
2023-10-03T12:00+0400
oyuncaq
azərbaycan xəbərləri
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1c/424549397_0:160:3072:1888_1920x0_80_0_0_f888039f9d4f0d0233e021db55e272b1.jpg
BAKI, 3 oktyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 71-4:2023 "Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər" dövlət standartı qəbul edilib. Bu barədə AZSTAND-dan bildirilib. Məlumata görə, dövlət standartı 8 (səkkiz) yaşına çatmış və ondan yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir. Standard, həmçinin bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübərin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1c/424549397_171:0:2902:2048_1920x0_80_0_0_debb0d0b70a5bddc032263122b8b7d6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oyuncaq, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
oyuncaq, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
Uşaq oyuncaqlarının təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
BAKI, 3 oktyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 71-4:2023 "Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər" dövlət standartı qəbul edilib.
Bu barədə AZSTAND-dan bildirilib.
Məlumata görə, dövlət standartı 8 (səkkiz) yaşına çatmış və ondan yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir.
Standard, həmçinin bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübərin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.