ELM

Süni intellekt Yer planetinin ekosistemini qoruya bilər - Harari

© AP Photo / Oded BaliltyYuval Noah Harari, arxiv şəkli
Yuval Noah Harari, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Yaratdığımız süni intellekt insan intellektindən istifadə etməyərək məlumatları emal edir, qərarlar qəbul edərək yeni ideyalar yaradır
BAKI, 3 oktyabr — Sputnik. İnsan üçün kosmosun tam şəkildə tədqiqi hər zaman məhdud şəkildə olub. Buna səbəb insanların üzvi varlıqlar olmasıdır. İnsanın və ya digər üzvi varlığın kosmosda, ümumiyyətlə hər hansı planetdə həyatını qorumaq asan deyil, bu çox çətindir.
Bunu israilli tarixçi, “Sapiens: Bəşəriyyətin qısa tarixi”, "XXI Əsr Üçün 21 Dərs" kimi bir sıra sevilən kitabların müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, süni intellektin köməyi ilə kosmosu araşdırmaq və kainatı koloniyalaşdırmaq rahat olacaq.
Süni inteellektin faydasından söz açan tarixçi bildirib ki, onun inkişafı müəyyən mənada bəşəriyyətə kömək edəcək: "Çünki süni intellekt bizə təkcə digər planetləri araşdırmağa kömək etməyəcək, eyni zamanda Yer planetinin ekosistemini qoruya, bizi daha yaxşı səhiyyə xidməti ilə təmin edə və həyat standartlarımızı daha da yüksək səviyyəyə çatdıra bilər”.
“Yaratdığımız süni intellekt insan intellektindən istifadə etməyərək məlumatları emal edir, qərarlar qəbul edərək yeni ideyalar yaradır. Sİ bir çox məsələlərin həllində insandan daha üstündür”, - o qeyd edib.
Harari qeyd edir ki, insanlar tərəfindən yaradılan süni intellekt inkişafının çox erkən mərhələsindədir.
Xəbər lenti
0