Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rəsmi Tehran Zəngəzur dəhlizi məsələsində mövqeyini dəyişəcəkmi?

© AFP 2024 / ATTA KENARETehran
Tehran - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Tofiq Abbasov bildirir ki, son vaxtlar İran tərəfi Azərbaycanla münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün addımlar atır.
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb ki, İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.
Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.
Azərbaycan-İran münasibətlərində son baş verənlər iki ölkə münasibətinin istiləşməsini göstərir. Bəs bu proses Zəngəzur dəhlizi ilə bağlı məsələdə İranın mövqeyinə təsir edəcəkmi?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıb.
Politoloq bildirib ki, Azərbaycan İrandan səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra hüquqi müstəvidə addımlar atmasını istəmişdi:
"Görünən odur ki, İran da bunu nəzərə alıb. İran qanunvericiliyi başqasını qətlə yetirmiş şəxsin ölüm hökmü ilə cəzalandırılmasını nəzərdə tutur. Bu cəza o halda təxirə salına bilər ki, mərhumun yaxınları bu haqlarından imtina etsinlər. Hazırkı situasiyada bu halın nə qədər tədbiq ediləcəyi bəlli deyil".
Tofiq Abbasov bildirir ki, son vaxtlar İran tərəfi Azərbaycanla münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün addımlar atır:
"Biz həm də bunu İranın Ermənistana verdiyi dəstəkdə görürük. Hazırda bu dəstəyin səngidiyi müşahidə olunur. Bunda Paşinyan hakimiyyətinin qərbpərəst siyasəti də öz rolunu oynadı. Bu da İranın Ermənistanla bağlı siyasi baxışlarına korrektələr etməsinə gətirib çıxardı. İran və Ermənistan liderlərinin son danışığında da İbrahim Rəisi bildirib ki, "3+3" formatından kənar ölkələrin bölgəyə gəlməsinə imkan verilməsin. Təbii ki, burada Qərb və ABŞ nəzərdə tutulurdu. Bu danışıqdan sonra biz gördük ki, İran Ermənistana yanaşmasında köklü dəyişikliklərə gedir".
Politoloq qeyd edib ki, Azərbaycan lap əvvəldən Ermənistanın islamafob, türkəfob siyasətini ifşa edib:
"İllər uzunu işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən əsir götürülmüş dini yerlərin üzləşdiyi vandallıqlara diqqət etsək, bu ölkənin gerçək mahiyyətini dərk etmək mümkündür. İran tərəfi də artıq anlayır ki, Azərbaycanla münasibətlərdə yaranmış gərginlikdə ölkəmiz maraqlı tərəf olmayıb".
T.Abbasov hesab edir ki, xüsusi kanallar vasitəsilə iki ölkə arasındakı münasibətlərin nizama salınması ilə bağlı proseslər gedir və düşünür ki, yaxın zamanda bununla bağlı məlumatlar da bəlli olacaq.
Politoloqun fikrincə, Zəngəzur dəhlizi ilə bağlı İranın yanaşmalarını da müəyyən qədər anlamaq olar, çünki İran Ermənistanla olan sərhədini itirmək istəmir:
"Nəzərə alınmalıdır ki, eksterritorial dəhliz olacaqsa, bu məsələ İran üçün problemli görünür. Amma həm, Rusiya, həm Türkiyə, həm Azərbaycan İrana vəziyyəti izah etməyə çalışsalar da, Cənub qonşumuz vəziyyəti şişirdirdi. İran da anlayır ki, regionda kommunikasiyaların açılmasının hər kəsə xeyri var. İranın narahatlığı Ermənistanla sərhədin itirilməsinə görə idi. Hətta mənə elə gəlir İran burada Ermənistanın fitvasına getmişdi".
Abbasovun sözlərinə görə, Zəngəzur dəhlizi sərhədlərin dəyişdirilməsi deyil, kommunikasiyaların açılması deməkdir:
"Bu dəhliz Azərbaycnaın əsas hissəsi ilə Naxçıvanın maneəsiz əlaqəsinin təmin edilməsini nəzərdə tutur. Əgər eksterritorial dəhliz yarandığını da düşünsək, o Emrənistanla İran sərhədinin bağlanması anlamına gəlmir. Azərbaycan İranı ona qarşı planlarının olmadığına inandırmağa çalışıb. Bu proseslərdə anlaşılmazlıqlar soyuq müharibə elementlərini meydana gətirdi. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmaq niyyətində deyil".
Xəbər lenti
0